Azərbaycan Dəmir Yolları vakansiya: Əməyin mühafizəsi üzrə mütəxəssis.
Əməyin mühafizəsi üzrə mütəxəssis axtarılır! Azərbaycan Dəmir Yollarında, Dəmir Yol Plaza (28 May m/st yaxınlığı) ünvanında tam ştat iş imkanı.
Təsvir:
- Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini və qanunlarını rəhbər tutaraq işini icra etmək;
- İş yerlərində istehsalat xəsarətlərinin və peşə xəstəliklərinin profilaktikasına nəzarət etmək;
- Departament, xidmət, idarə və müəssisələrin məsul şəxslərinə əməyin mühafizəsi üzrə təlimatlar və normativ sənədlərin tətbiqində tövsiyələr vermək;
- Əməyin mühafizəsi üzrə norma və standartlara riayət olunmasına nəzarət etmək;
- İşçilərin fərdi və kollektiv mühafizə vasitələri ilə təmin edilməsinə nəzarət etmək;
- Rəsmi hesabatlar tərtib etmək və aidiyyəti üzrə təqdim etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik məsələlərinə nəzarət etmək və təhlükəli obyektlərdə qanunların icrasını təmin etmək;
- Prosedur və formaların icrasına nəzarət etmək, uyğunsuzluq aşkarlanarsa yuxarı rəhbərliyə məlumat vermək;
- Təhlükəli obyektlərdə əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Təhlükəsizliklə bağlı təlimlərdə və seminarlarda iştirak etmək.
Tələblər:
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə);
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi haqqında biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılması üzrə biliklər;
- Sənədləşdirmə və hesabatların tərtib edilməsi üzrə biliklər;
- Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu;
- Mülki Müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu;
- Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair biliklər;
- Əməyin mühafizəsi və təhlükəsizlik təlimatlarının təşkili və biliklərin yoxlanılması üzrə təcrübə;
- İngilis və rus dili biliyi üstünlükdür;
- Kompüter biliyi: Microsoft Office.
Vakansiyaya uyğun olan namizədlər öz CV-lərini "Əməyin mühafizəsi üzrə mütəxəssis" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 13 oktyabr 2024.
What's Your Reaction?