Azərpambıq vakansiya: Əmək haqqı üzrə böyük mühasib.
Azərpambıq ASK MMC əmək haqqı üzrə böyük mühasib vakansiyası üçün müraciət qəbul edir. Mühasibatlıq, maliyyə və əlaqəli sahələrdə ali təhsil, 3 il iş təcrübəsi, 1C 8.3 ERP proqramında bacarıq tələb olunur. Müraciət edin və karyera imkanlarınızı genişləndirin!
Vəzifələr:
- İşçilərin aylıq əməkhaqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması.
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi.
- DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sisteminə işlənməsi.
- Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması.
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması.
- İşçilər üçün bank kartlarının sifarişi və əməkhaqqı kartları ilə bağlı problemlərin həllində dəstək.
- İşçilərin əməkhaqqı ilə bağlı suallarının vaxtında cavablandırılması.
- Əməkhaqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması.
- 1C 8.3 ERP proqram təminatında əməkhaqqı modulunun qurulmasında yaxından iştirak və əməkhaqqıları üzrə bütün əməliyyatların proqrama işlənməsi, müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması.
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması.
- Baş mühasib tərəfindən verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil.
- Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi.
- 1C 8.3 ERP proqramında işləmək bacarığı.
- Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes və s.).
- MS Office proqramında işləmək bacarığı, o cümlədən yüksək səviyyədə Excel bilikləri.
- Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli.
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyəti maddələrini bilməli.
- Azərbaycan dilini (rəsmi yazışma dili) yüksək səviyyədə bilməli.
- Son tarixlərlə işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir.
- Problemləri həll etmə bacarığı olmalıdır.
- PMS, ACCA, CİMA sertifikatlarının olması arzu olunandır.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 26, 2024
- Vakansiya növü: Tam ştat
- Əmək haqqı: 1500 - 1800 AZN
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- İmtiyazlar:
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Korporativ nömrə və danışıq limiti
- Mükafat
What's Your Reaction?