PMD Projects vakansiya: Böyük mühasib axtarılır.

PMD Projects MMC, Bakı şəhərində böyük mühasib vakansiyası elan edir. Mühasibatlıq və maliyyə sahəsində 3-5 il iş təcrübəsi olan, analitik düşüncə qabiliyyətinə malik, Azərbaycan və İngilis dillərini bilən mütəxəssislər axtarılır.

Oct 17, 2024 - 14:46
Oct 17, 2024 - 14:48
 0
PMD Projects vakansiya: Böyük mühasib axtarılır.
PMD Projects vakansiya: Böyük mühasib axtarılır.

Vəzifələr:

  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • BTP proqramında işləməklə vergi bəyannamələrinin tərtib edilməsi və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının, əsas vəsaitlərin uçotu və hərəkəti ilə bağlı əməliyyatlarının mühasibatlıq qaydalarına uyğun əks etdirilməsi və nəzarət edilməsi;
  • Mal/xidmətlərin, müqavilələrin, sifariş sənədlərinin və təhvil-təslim aktlarının yoxlanılması;
  • Tədarükçülərlə üzləşmə və malların sayımına nəzarət edilməsi;
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması və balansdan silinməsi kimi əməliyyatların aparılması;
  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi;
  • Həftəlik avans hesabatının hazırlanması;
  • Ay bağlanması prosesində iştirak etmək;
  • Əsas vəsaitlərin və mal-materialların inventarizasiyasında iştirak etmək;
  • Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların tərtib edilməsində yaxından iştirak;
  • Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və mühasibatlıq prinsiplərinə uyğun icrası;
  • Yerli və beynəlxalq standartların tələblərinə tam riayət edilməsi;
  • Şirkətin enerji mənbələrindən səmərəli istifadə edilməsi və əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil: Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və əlaqəli sahələrdə;
  • İş təcrübəsi: Müvafiq sahədə 3-5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – orta səviyyədə;
  • Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə qabiliyyəti;
  • Peşəkar ünsiyyət bacarığı;
  • Analitik düşüncə və problemlərin həllinə təşəbbüs irəli sürmə bacarığı;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər.

Son tarix: Noyabr 16, 2024

Kateqoriya: Tikinti və daşınmaz əmlak

Müraciyət üçün link. 

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow