Azərsun Holding vakansiya: Mühəndis konstruktor.
İnnovativ mühitdə çalışmaq istəyirsiniz? İNNOVA KONS. & KONTR. MMC Mühəndis Konstruktor vakansiyası üçün işə qəbul edir. İnşaat mühəndisliyi sahəsində ali təhsil və 2-3 il təcrübəsi olan namizədlər müraciət edə bilər.
Tələblər:
- İnşaat mühəndisliyi sahəsində ali təhsil;
- Konstruktor olaraq ən azı 2-3 il iş təcrübəsi (Layihəçi konstruktor kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
- Lira-Sapr proqramını yaxşı bilməli;
- Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri haqqında biliklərə sahib olmalı;
- Müəllif nəzarəti jurnalının formalarının tərtibi qaydalarını bilməli;
- Dəmir-beton, metal konstruksiya layihə cizgilərinin hazırlanmasını bilməlidir;
- Sənaye və mülki bina və qurğuların dinamik, statik, və zəlzələ yüklərinə görə hesablama apara bilməlidir;
- MS Office proqramları, AutoCAD, Tekla Structure, Sap, 3DsMAX və s. proqramlardan istifadə bacarığı.
İş haqqında məlumat:
- Konstruktiv həllərin düzgün verilməsi və AzDTN standartlarına uyğun konstruktiv cizgilərin işlənməsi;
- Bina və qurğuların, sənaye və mülki tikintilərinin layihələndirilməsi;
- Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması;
- Konstruktiv hesabatların aparılması, inşaat konstruksiyalarının (metal, dəmir-beton konstruksiyalar), bina və qurğuların texniki vəziyyətinin müayinəsi;
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrinin hazırlanması;
- Potensial layihələrə ilkin hazırlıq işlərinin aparılması mərhələsində əraziyə baxış keçirib məsləhətlər vermək;
- Metal konstruksiya, dəmir-beton konstruksiya, taxta konstruksiya və avadanlıqlar üzrə statik hesabatların tərtibi;
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib etmək;
- Müxtəlif mexanizm və qurğuların, ştampların və presformaların 3D modelləşdirilmə layihələrini hazırlamaq;
- Hesablama ilə dözümlülüyünü yoxlamaq;
- 2D cizgiləri hazırlamaq və arxivləşdirmək;
- Nümunəvi detal və ya mexanizmləri ölçmək və cizgilərini işləmək.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Mühəndis Konstruktor” qeyd etməyiniz xahiş olunur.
What's Your Reaction?