Azərsun Holding vakansiya: Baş Satış Təmsilçisi.

XƏYAL ADASI MMC "Baş Satış Təmsilçisi" vakansiyası üçün işçi axtarır. Ali təhsilli, yüksək səviyyədə ingilis və rus dili bilən, satış təcrübəsi olan və mükəmməl təqdimat bacarığına malik namizədlər müraciət edə bilər. İş yeriniz Dreamland-də olacaq.

Sep 10, 2024 - 13:10
Sep 10, 2024 - 13:12
 0
Azərsun Holding vakansiya: Baş Satış Təmsilçisi.
Azərsun Holding vakansiya: Baş Satış Təmsilçisi.

Tələblər:

  • Ali təhsil;
  • Komandada işləmək bacarığı;
  • Yüksək səviyyədə ingilis və rus dili bilikləri (Fars dili biliyi üstünlükdür);
  • Satış və ya müştəri xidmətləri sahəsində 1-2 il iş təcrübəsi;
  • Müştərilərə diqqətli və səbrli davranış;
  • Aktiv, ünsiyyətcil və mükəmməl təqdimat bacarığı;
  • MS Office proqramlarını yaxşı səviyyədə bilmə.

İş haqqında məlumat:

  • Mövcud bazarı analiz edərək bazar ehtiyaclarını öyrənmək;
  • Müştəri tələbatını, sektor boşluqlarını və məhsul ehtiyacını analiz etmək;
  • Sosial media araşdırmaları etmək;
  • Daşınmaz əmlak layihələri üzrə təqdimatlar hazırlamaq;
  • Satış analizi apararaq müdiriyyətə təkliflər vermək;
  • Həftəlik və aylıq hesabatlar təqdim etmək;
  • Daşınmaz əmlak bazarında kampaniyalarla müştəriləri məlumatlandırmaq;
  • Şirkəti müxtəlif tədbir və sərgilərdə təmsil etmək;
  • Marketinq planında qeyd olunan satış fəaliyyət planlarını həyata keçirmək;
  • Mövcud və yeni müştərilərlə əlaqələri gücləndirmək, tədbirlər keçirmək;
  • Müxtəlif satış təqdimatları və əlavə materiallar yaratmaq;
  • Satış komandası ilə cədvəllərin və mühüm sənədlərin yaradılması və yenilənməsi.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərin və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş Satış Təmsilçisi” qeyd etməyiniz xahiş olunur.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow