Azərsun Holding vakansiya: Satınalma üzrə mütəxəssis.
Biləsuvar şəhərində Azersun Holding-də Satınalma üzrə Mütəxəssis vakansiyası! Təchizatçı seçimi, xammal təminatı və bazar araşdırması üzrə iş təcrübəsi olan namizədləri gözləyirik. CV göndərmək üçün əlavə məlumatları burada tapa bilərsiniz.
Vakansiyanın Təsviri
Azersun Holding-də Satınalma üzrə Mütəxəssis olaraq fəaliyyət göstərəcək namizədin əsas vəzifələri aşağıdakılardır:
- Xammal planına uyğun olaraq işlədiyi ərazi üzrə müəssisələri xammalla təmin etmək.
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması.
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi.
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi.
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi.
- Təchizatçı və tədarükçü bazasının yaradılması, qiymətləndirilməsi və optimal təkliflərin rəhbərliyə təqdim edilməsi.
- Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi.
- Tələbatlarla bağlı proqnozlaşdırma və ehtiyacların müəyyən olunması.
- Hesabatların hazırlanması və analiz olunması.
Namizədin Tələbləri
Vakansiyaya müraciət edəcək namizəddən aşağıdakı tələblərə cavab verməsi gözlənilir:
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
- Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
- Məsuliyyətlilik, hesabatlılıq, analitik düşünmə və qərarvermə qabiliyyəti;
- Ünsiyyətcil və kollektivdə işləmə bacarığı.
Əmək Haqqı
Əmək haqqı razılaşma yolu ilə müəyyən ediləcəkdir.
Müraciət Üçün
Vakansiyaya uyğun olan namizədlər CV-lərini cv@azersun.com elektron poçt ünvanına göndərə bilərlər. Mövzu yerinə "Satınalma üzrə Mütəxəssis (Biləsuvar)" yazmaq zəruridir. Həmçinin, hr.azersun.com saytından qeydiyyatdan keçərək müraciət etmək mümkündür.
What's Your Reaction?