Sirab vakansiya: İnsan resursları üzrə baş mütəxəssis.
İnsan resursları üzrə baş mütəxəssis vakansiyası Xırdalanda. Əmək haqqı razılaşma yolu ilə, tələb olunan təhsil ali, təcrübə minimum 3 il. CV göndərməklə müraciət edə bilərsiniz.
Vakansiya Haqqında Məlumat
- Vəzifə: İnsan Resursları üzrə Baş Mütəxəssis
- İş yeri: Xırdalan
- Əmək haqqı: Razılaşma yolu ilə
- Kateqoriya: İnsan Resursları
- İş rejimi: Tam iş günü
- Tələb olunan Təhsil: Ali təhsil
- Təcrübə: Minimum 3 il müvafiq sahə üzrə
- Dil Bilikləri: Azərbaycan dili (əla), İngilis və Rus dili üstünlükdür
- Komputer Bilikləri: Microsoft Office (Excel, Word, PowerPoint, Outlook)
Vəzifələr və Təsvir
- İşçi heyətinə aid sənədləşmələrin Azərbaycan Respublikasının Əmək Məcəlləsi və daxili qaydalara uyğun hazırlanması
- Üst rəhbərliyə və dövlət orqanlarına düzgün və vaxtında hesabatların təqdim edilməsi
- Kadr kargüzarlığı və işə qəbul prosesinin qanunvericilik və daxili prosedurlara uyğun həyata keçirilməsi
- İşçilərin illik məzuniyyətlərinin planlanması, növbəlilik və əvəzetmə planlarının hazırlanması
- Aylıq davamiyyətlərin idarə edilməsi, tabellərin toplanmasına nəzarət
- Əmək intizamı məsələlərində iştirak və araşdırma işlərinin aparılması
- Elektron sənəd dövriyyəsinin qanunvericiliyə uyğun təşkili
Tələblər
- Ali təhsil
- 3 ildən az olmayan iş təcrübəsi
- Azərbaycan dili mükəmməl, İngilis və Rus dilləri üstünlük təşkil edir
- Microsoft Office proqramlarına yaxşı bilik
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti
- Əmək Məcəlləsi üzrə biliklər
- Yüksək kommunikasiya bacarıqları və komanda işinə uyğunluq
Müraciət Üçün
CV-nizi mövzu yerinə “İR üzrə baş mütəxəssis” yazaraq [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
What's Your Reaction?