AzInTelecom vakansiya: Texniki dəstək mütəxəssisi.

AzInTelecom şirkətində texniki dəstək mütəxəssisi vakansiyası açılıb. İOS, Android və Veb texnologiyalarında müştəri dəstəyi göstərmək üçün işçi axtarılır. Əmək haqqı razılaşma yolu ilə. Bakıda çalışacaq mütəxəssis texniki dəstək, İOS, Android və Veb problemlərini həll edəcək.

Nov 30, 2024 - 13:06
Nov 30, 2024 - 13:07
 0
AzInTelecom vakansiya:  Texniki dəstək mütəxəssisi.
AzInTelecom vakansiya: Texniki dəstək mütəxəssisi.

Vəzifə Öhdəlikləri:

İOS üzrə dəstək (Swift):

  • İOS platformasından gələn müştəri problemlərini ilkin olaraq araşdırmaq və həll etmək.
  • Çağrı Mərkəzi, Email, Sentry və digər kanallardan gələn sorğuları qeydiyyata almaq və müştərinin əlaqə məlumatlarını təmin etmək.
  • İOS tətbiqləri ilə bağlı problemləri dərhal təhlil edərək, operativ dəstək göstərmək.
  • Təkrarlanan problemləri müəyyənləşdirərək rəhbərliyə məlumat vermək.
  • Həll edilmiş problemləri müvafiq sistemdə sənədləşdirmək.

Android üzrə dəstək (Kotlin):

  • Android platformasından gələn müştəri problemlərini araşdırmaq və həll etmək.
  • Android tətbiqi ilə bağlı problemləri dərhal təhlil edərək, müştəriyə effektiv dəstək göstərmək.
  • Android problemlərini müvafiq sistemdə sənədləşdirmək və təkrarlanan problemlər barədə rəhbərliyə məlumat vermək.
  • Gündəlik və həftəlik hesabatlar hazırlamaq.

Veb üzrə dəstək (C# və React bilikləri):

  • Veb platformasından gələn müştəri sorğularını araşdırmaq və həll etmək.
  • Veb tətbiqləri ilə bağlı problemləri təhlil edərək müştərilərə dəstək göstərmək.
  • Veb problemlərini müvafiq sistemdə sənədləşdirmək və təkrarlanan məsələləri rəhbərliyə bildirmək.

Xüsusi Tələblər:

  • İnformasiya texnologiyaları, kompüter elmləri və ya əlaqəli sahədə ali təhsil.
  • Texniki dəstək və ya müştəri xidməti sahəsində ən azı 6 ay iş təcrübəsi.
  • Sentry və digər monitorinq alətləri ilə işləmə təcrübəsi.
  • İOS, Android, və Veb texnologiyaları (HTML, CSS, JavaScript) haqqında biliklər.
  • Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini isə üstünlük olaraq bilmək.
  • Müştərilərlə ünsiyyət qurma bacarığı və problemləri tez və effektiv həll etmə qabiliyyəti.

Əmək haqqı: Razılaşma yolu ilə.

Məşğuliyyət: Tam iş günü.

Ərizə üçün: CV göndərin

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow