Aztelekom vakansiya: Anbardar axtarılır.
Aztelekom MMC tərəfindən elan edilən Anbardar vakansiyasına müraciət edin! Təhlükəsizlik, sənədləşmə və inventarizasiya işlərinə nəzarət edən Anbardar vakansiyası üçün minimum 1 il təcrübə tələb olunur. Komanda işi, səliqə və təmizlik vacibdir.
Əsas Vəzifələr:
- Anbardakı malların təhlükəsizlik qaydaları və saxlanılma şərtləri üzrə düzgün yerləşdirilməsi.
- Mədaxil və məxaric sənədlərinin dövriyyəsinə nəzarət edilməsi.
- Mal-material təhvil-təslimi qaydalarına uyğun sənədləşmə prosesinin həyata keçirilməsi.
- Mal-materialların texniki xüsusiyyətlərinə uyğun olaraq, yığılma şərtləri və yerləşdirilmə qaydalarına uyğun yığılmasının təmin edilməsi.
- Təhlükəsizlik texnikasına və əməyin mühafizəsi qaydalarına riayət olunması.
- Anbarın səliqə və təmizliyinin təmin edilməsi.
- Məhsulların yüklənməsi və boşaldılma işlərinin düzgün təşkil edilməsi.
- Anbarda inventarizasiya işlərinin düzgün təşkil olunması.
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Mərkəzi anbardan göndərilən mal-materialların tamlığının, kəmiyyətinin və sifarişlə uyğunluğunun yoxlanılması.
Tələblər:
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (Rabitə və Telekommunikasiya sahəsində təcrübə üstünlükdür).
- Ali və ya orta ixtisas təhsili.
- Azərbaycan dili bilikləri mükəmməl olmalıdır; Rus dili biliyi arzuolunandır.
- MS Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı.
- Komandada işləmə bacarığı və yazılı-şifahi ünsiyyət bacarığı.
Müraciət:
Əgər siz Anbardar vakansiyasına müraciət etmək istəyirsinizsə, müraciətlərinizi noyabr 29, 2024 tarixinə qədər göndərməlisiniz.
What's Your Reaction?