Aztelekom vakansiya: Brend və reklam üzrə baş mütəxəssis.

Aztelekom MMC, brend və reklam sahəsində baş mütəxəssis vakansiyası təqdim edir. Uzunmüddətli strategiya, reklam təşəbbüsləri və marketinq ünsiyyət planları ilə bağlı işlərdə iştirak etmək imkanı.

Sep 19, 2024 - 12:10
Sep 19, 2024 - 12:12
 0
Aztelekom vakansiya: Brend və reklam üzrə baş mütəxəssis.
Aztelekom vakansiya: Brend və reklam üzrə baş mütəxəssis.

Vəzifələr:

  • Uzunmüddətli brend strategiyasının, büdcə planlamasının və marketinq planının yaradılması prosesində iştirak etmək.
  • Brendreklam işləri üzrə komandanı effektiv şəkildə idarə etmək.
  • Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək.
  • Yeni məhsullar üçün marketinq ünsiyyət planları hazırlamaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək.
  • Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək.
  • Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək.
  • Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini Azərbaycan, İngilis və Rus dillərində yaratmaq.
  • Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq.
  • Agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək.
  • SAP və Redimo kimi proqramlarda işləməyi bacarmaq.

Tələblər:

  • Biznes/Marketinq/Kommersiya sahələrindən biri üzrə ali təhsil.
  • Brend və ya reklam işi sahəsində ən azı 5 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur).
  • Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı.
  • Azərbaycan, Rus və İngilis dili arzuolunandır.
  • İdarəetmə və şifahi nitq qabiliyyətinə malik olmaq.
  • Analiz və təhlil bacarığı.
  • Problem həlli bacarıqları.

Brend və reklam üzrə baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 20 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow