Paşa Bank vakansiya: Texniki lider axtarılır.
Paşa Bank Tech Lead vakansiyası ilə proqram təminatı və texniki idarəetmə sahəsində liderlik etmək istəyirsiniz? Komandaya texniki yönləndirmə və innovativ həllərin tətbiqi ilə önəmli rol oynamaq üçün müraciət edin.
İş Təsviri:
- Komanda İdarəetməsi: Digər proqramçılara texniki dəstək və yönləndirmə təmin edərək, innovativ həlləri təşviq etmək. Kod standartları və metodologiyaları müəyyənləşdirərək, müasir təcrübələri tətbiq etmək.
- Proqram Təminatlarının Təhlükəsizliyi: Yüksək miqyaslı proqram təminatlarının təhlükəsizliyini qorumaq və düzgün idarə olunmasını təmin etmək. Arxitektural həllərin hazırlanmasında riskləri öncədən görmək.
- Layihə İdarəçiliyi: Məhsul sahibləri və funksional komanda ilə birlikdə layihənin həcmini və məqsədlərini müəyyənləşdirmək. Tapşırıqları ekspertizadan keçirmək və resurs planlamasını həyata keçirmək.
- Mentorluq və Kouçinq: Proqramçıların professional inkişafında yaxından iştirak edərək, onlara mentorluq və kouçinq etmək.
- Texniki Həllərin Təkmilləşdirilməsi: Kritiki problemlərin həll edilməsində iştirak etmək və digər proqramçılarla ekspertizanı bölüşmək.
- Texniki İdarəetmə: Kross funksional komanda ilə daimi ünsiyyətdə olmaq, məhsulun texniki idarə edilməsinə nəzarət etmək və keyfiyyət standartlarını təkmilləşdirmək.
- Bulud Texnologiyaları: Bulud hesablama həlləri üzrə inteqrasiyalar və CI/CD proseslərinin tətbiqində iştirak etmək. Optimal arxitektural həllər təqdim etmək.
- Agile Təkmilləşdirməsi: Agile işləmə yollarını təkmilləşdirmək və dəstəkləmək.
- Şirkət Prosedurları: Şöbənin fəaliyyətlərini daxili prosedurlara, məxfilik siyasətinə və qanunvericiliyə uyğun olaraq həyata keçirmək.
- Risklərin İdarə Edilməsi: İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib lazımi addımları atmaq.
- Hədəflərin Yerləşdirilməsi: Bank tərəfindən qoyulan yarım illik və illik hədəflərə çatmaq.
- Əlavə Tapşırıqlar: Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və müvafiq sahələrdə bakalavr dərəcəsi.
- Təcrübə: Proqram təminatı və mühəndislik sahəsində minimum 5 il təcrübə.
- Xarici Dillər: İngilis dilində yaxşı səviyyədə bilik.
- Komputer Bilikləri: Java, Kotlin, Golang, Python, Node.js, C# dillərindən ən azı 2-ni mükəmməl bilmək. Verilənlərin strukturu və alqoritmləri, infrastruktura dair dərin biliklər.
- Test və Kod Standartları: Test praktikaları, kod və keyfiyyət standartlarına dair biliklər. Məlumat bazaları, şəbəkə protokolları və hadisələrə əsaslanan arxitekturalar üzrə biliklər.
- Məhsul Bilikləri: JIRA və ya digər tapşırıq idarəetmə vasitələri, versiya nəzarət sistemi biliyi (git).
- Başqa Tələblər: Üstün ünsiyyət, idarəçilik və mentorluq bacarıqları. Bankçılıq təcrübəsi və yüksək miqyaslı proqram təminatları ilə geniş təcrübə üstünlükdür.
Texniki lider vakansiyası ilə maraqlananlar CV-lərini Paşa Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 28 oktyabr 2024 il.
What's Your Reaction?