Aztelekom vakansiya: İnsan resursları üzrə baş mütəxəssis (Gəncə).

Aztelekom MMC, Gəncə şəhərində İnsan Resursları üzrə Baş Mütəxəssis axtarır. Kadr kargüzarlığı, işə qəbul və əmək qanunvericiliyi sahəsində təcrübəyə malik peşəkarlar üçün ideal vakansiya.

Oct 15, 2024 - 11:04
Oct 15, 2024 - 11:17
 0
Aztelekom vakansiya: İnsan resursları üzrə baş mütəxəssis (Gəncə).
Aztelekom vakansiya: İnsan resursları üzrə baş mütəxəssis (Gəncə).

Vəzifə Təsviri

  • Kadr kargüzarlığı və işə qəbul prosesinin, Azərbaycan Respublikasının qanunvericiliyinə və əmək məcəlləsinə əsasən, yenilikləri nəzərə almaqla aparılması.
  • Kadr məlumat bazasının, dəyişiklikləri nəzərə almaqla, daim yenilənməsi.
  • Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşmənin (əmək kitabçaları, məzuniyyət uçotu, ezamiyyət uçotu, əmrlər, işləmə qabiliyyəti olmama barədə (xəstəlik) vərəqələri) zamanında və keyfiyyətlə aparılması.
  • Aylıq davamiyyətlərin idarə olunması, tabellərin toplanması və baş ofisə təqdim olunması.
  • Müddəti bitmiş sənədlərin müəyyən qaydada arxivə təhvil verilməsi.
  • İşə yeni qəbul edilmiş və əmək müqaviləsinə xitam verilmiş işçilərin şəxsi işlərinin təlimata uyğun qaydada yığılması və əmək fəaliyyəti ilə bağlı olan zəruri dəyişikliklərin daxil edilməsi.
  • İşçi heyəti və rabitə xidməti mərkəzlərindən kadr sahəsi üzrə ünvanlanan sualların müvafiq qaydada araşdırılması, icrası və cavablandırılması.
  • Əmək və icra intizam tənbehlərinin sənədləşdirilməsi.
  • Region sənədlərinin gündəlik imza üçün hazırlanması.
  • Bayram və qeyri-iş günlərində əlavə işə cəlb olunan əməkdaşların məlumatlarının toplanması və baş ofisə təqdim olunması.
  • Region işçilərinin rifahının qorunması istiqamətində zəruri addımların atılmasına dəstək olunması.
  • Sorğu və digər araşdırmaların təşkil edilməsi və aparılması.
  • İnsan resursları əməliyyatlarına dair bütün növ hesabatların hazırlanması.
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil.
  • İnsan resursları sahəsində ən az 3 il iş təcrübəsi.
  • Əmək qanunvericiliyinin tətbiqi qaydaları ilə iş təcrübəsi.
  • Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi.
  • Korporativ idarəetmə sənədləri ilə iş təcrübəsi.
  • İnsan resursları üzrə sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilmək.
  • İşgüzar nitq və yazışma qabiliyyəti.
  • Azərbaycan dilini sərbəst bilmək.
  • İşin təşkili və planlanması qaydalarını bilmək.
  • Komandada işləmə və liderlik keyfiyyətlərinə malik olmaq.

Müraciət Üçün

Vakansiya üçün müraciət tarixinin sonu: Noyabr 23, 2024. İş yerinizdə insan resursları sahəsində peşəkarlığınızı artırmaq istəyirsinizsə, bu fürsəti əldən verməyin.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow