CASPI-MARINE TECHNOLOGIES vakansiya: Qrafik Dizayner axtarılır.
Qrafik dizayner vakansiyası! CASPI - MARINE TECHNOLOGIES şirkətində tam ştat qrafik dizayner axtarılır. Minimum 3 il iş təcrübəsi, yaradıcı bacarıqlar, Adobe proqramları ilə iş təcrübəsi tələb olunur.
İş barədə məlumat:
- Şirkətimizin istehsal etdiyi məhsulların qablaşdırma dizaynının hazırlanması və mətbəə üçün çapa hazır vəziyyətə gətirilməsi (qutu ölçüləri və s. daxil).
- Müxtəlif layihələr (tədbir, xüsusi kampaniya, taktiki və strateji layihələr) üçün dizayn materiallarının hazırlanması.
- Şirkətin dizayn materiallarının ümumi stilistikası, rəng və kompozisiyasına cavabdehlik.
- Verilən tapşırıqların icrası ilə bağlı üst rəhbərinə müvafiq hesabatların verilməsi.
- Birbaşa rəhbərin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
Tələblər:
- Yaş: 23 - 40
- Minimum 3 il iş təcrübəsi.
- Adobe İllustrator, Adobe Premier, Adobe Photoshop, Adobe InDesign, Adobe After Effects proqramlarında yaxşı səviyyədə işləmək bacarığı.
- Figma, 3D proqramları ilə tanışlıq.
- Paket dizaynı üzrə iş təcrübəsi (məhsul qutu dizaynlarının hazırlanması).
- Paket materialları və çap işləri üzrə təcrübə.
- Video və animasiya işləri ilə bağlı məlumat.
- Yaradıcı, təşəbbüskar, çevik və məsuliyyətli yanaşma.
- Komanda ilə işləmə bacarığı.
Digər məlumatlar:
- Nahar ilə təmin olunur.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə.
- İş yeri: Badamdar Şosesi 27.
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
Son tarix: Noyabr 23, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Dizayn, incəsənət, yaradıcılıq
What's Your Reaction?