Aztelekom vakansiya: Komendant axtarılır.
Aztelekom MMC, komendant vakansiyası üçün müraciət etməyə çağırır. İşçi heyətinin idarə edilməsi, əmlakın qorunması və inzibati binanın təmizliyinə nəzarət etmək üçün müvafiq bacarıq və təcrübəyə malik namizədlər axtarılır.
Vəzifələr:
- İnzibati binanın və həyətyanı sahənin təmizliyinə nəzarət etmək.
- Binanın su, qaz, istilik və elektrik enerjisinin fasiləsiz təminatını təşkil etmək.
- Liftlərin işləməsini, ərazinin və binanın işıqlandırılmasını təmin etmək.
- Həyətyanı sahədəki yaşıllaşdırma işlərinə nəzarət etmək.
- İnzibati binada və ərazidə əmlakın qorunmasını təmin etmək.
- Tabeçiliyində olan işçi heyətini idarə etmək və düzgün iş bölgüsü həyata keçirmək.
- Təmizləyici vasitələrin səmərəli istifadəsini təmin etmək.
- İşçilərin tələb olunan avadanlıqlarla təchizatını təmin etmək.
- Təmizləyici vasitələrin çatdırılması və müvafiq saxlama sahələrinə köçürülməsini təmin etmək.
- İş yükü artıq olduğu halda, xadimənin vəzifə öhdəliklərini yerinə yetirmək.
- Tədbirlərin keçirilməsi zamanı təşkilati işlərdə köməklik göstərmək.
- BTR MMC-nin tabeliyində olan EATS və MİS-nin binalarında yataqxana tipli mənzillərə nəzarət etmək.
- Yataqxana tipli mənzillərdə yaşayan rabitəçi və məcburi köçkünlərin qeydiyyatını aparmaq və texniki təhlükəsizliyi təmin etmək.
- Su və elektrik enerjisinin ödənişinə nəzarət etmək.
Tələblər:
- Sahə üzrə 3 illik iş təcrübəsi arzu olunandır.
- Ali və ya orta ixtisas təhsili.
- Ofis texnikası ilə işləmək bacarığı.
- Kompüter bilikləri (Outlook, Word, Excel).
- Şifahi və yazılı ünsiyyət bacarıqları.
- Rus dili bilməsi üstünlükdür.
- Sürücülük vəsiqəsinin olması üstünlükdür.
Son tarix:
Noyabr 24, 2024
Kateqoriya:
Maliyyə, Biznes və idarəetmə
What's Your Reaction?