Aztelekom vakansiya: Kommersiya şöbəsinin müdiri (Gəncə).
Aztelekom MMC Gəncə regionunda kommersiya şöbəsinin müdiri vakansiyası üçün işçi axtarır. Satış və xidmət nöqtələrinin əməliyyatlarını təşkil etmək, reklam materiallarını yoxlamaq və satış hədəflərinə nəzarət etmək kimi vəzifələr.
Vəzifələr:
- Regionun satış və xidmət nöqtələrində əməliyyat proseslərinin təşkilinə nəzarət etmək.
- Reklam materiallarının müvafiq xidmətlərə və kampaniyalara uyğunluğunu yoxlamaq.
- Şirkət məhsul və xidmətləri haqqında daima məlumatlı olmaq.
- Rəhbərlik tərəfindən verilən göstərişlərin icrasını təmin etmək.
- Şirkətə aid məlumatların məxfiliyini qorumaq.
- Hesabatların hazırlanmasını təmin etmək.
- Sistemlərin təkmilləşdirilməsi üçün təkliflər vermək.
- Rəqib bazar fəaliyyətlərinə nəzarət və məlumatın rəhbərə çatdırılmasını təmin etmək.
- Satış hədəfləri ilə bağlı bölgünün icrasına nəzarət etmək.
- Korporativ xidmətlər üzrə satışları həyata keçirmək.
- Potensial müştəri bazası araşdırmalarını aparmaq.
Tələblər:
- Ali təhsil.
- Satış sahəsində minimum 3 illik iş təcrübəsi.
- Normativ hüquqi və təlimat-metodik sənədləri bilmək.
- Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini arzu olunan səviyyədə bilmək.
- MS Office proqramları ilə işləmək bacarığı.
- Müştəri və nəticə yönümlü olmaq.
- Komanda idarəetmə bacarığı.
- Təqdimat və təşkilatçılıq qabiliyyəti.
- Müsbət iş əlaqələrinin saxlanılması bacarığı.
- Daxili satış təlimlərini hazırlamaq və keçirmək.
Vakansiya haqqında
- Son tarix: Noyabr 23, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?