Azərbaycan Hava Yolları vakansiya: Daxili audit idarəsinin Auditoru.
"Azərbaycan Hava Yolları" QSC Daxili Audit İdarəsi üçün Auditor vakansiyası elan edir. Ali təhsil və müvafiq sahə üzrə 1 il iş təcrübəsi olan namizədlər dəvət olunur. Yüksək analitik təhlil və kollektivdə işləmə bacarığı tələb olunur.
Vəzifə Öhdəlikləri
- Daxili audit idarəsinin rəhbərinin tapşırığına əsasən audit yoxlamaları, məsləhət layihələri və tədbirlər planının icra statusunu monitorinq etmək.
- Qrup üzvü olaraq cəlb olunduğu layihələrdə qrup rəhbərinin verdiyi tapşırıqları Daxili Audit Metodologiyasına uyğun şəkildə icra etmək.
- Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlığını qiymətləndirmək məqsədilə audit prosedurlarını həyata keçirmək.
- Daxili audit fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit idarəsinin Əsasnaməsinə və Daxili Auditorlar İnstitutu tərəfindən müəyyən edilmiş peşə standartlarına uyğun olaraq icra etmək.
- Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasını təmin etmək və audit sübutlarını sənədləşdirmək.
Tələblər
- Ali təhsil.
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı.
- Müxtəlif peşə kvalifikasiyalarına (CİA, ACCA və s.) malik olmaq arzuolunandır.
- Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı.
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla).
İş Şəraiti
- İş qrafiki: Həftənin 5 günü, saat 09:00-dan 18:00-dək.
- Şənbə və bazar qeyri-iş günüdür.
- Nəqliyyat şirkət tərəfindən təmin olunur.
- İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu.
Son müraciət tarixi: Oktyabr 26, 2024.
What's Your Reaction?