Aztelekom vakansiya: Mülki tikinti üzrə mühəndis smetaçı.

Aztelekom MMC, Bakı şəhərində mülki tikinti üzrə mühəndis smetaçı vakansiyası elan edir. Smeta sənədlərinin hazırlanması, layihə icrası və tikinti norma qaydaları üzrə təcrübəsi olan mütəxəssisləri gözləyir.

Oct 24, 2024 - 14:15
Oct 24, 2024 - 14:20
 0
Aztelekom vakansiya: Mülki tikinti üzrə mühəndis smetaçı.
Aztelekom vakansiya: Mülki tikinti üzrə mühəndis smetaçı.

Təsvir

  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün resurs smeta qiymətlərini analiz etmək və smeta sənədlərini hazırlamaq.
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi.
  • Layihə sənədlərinə uyğun ümumi tikinti işlərinin layihə smeta sənədlərinin tərtibatı.
  • Layihə-smeta sənədlərinin vaxtında təhvil verilməsini təmin etmək.
  • Hazırlanmış smeta sənədlərini ekspertizaya müdafiə etmək.

Tələblər

  • Sənaye və mülki tikinti və ya inşaat mühəndisliyi üzrə ali təhsil.
  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi.
  • Smeta resurs proqramı, ofis proqramlarını yaxşı səviyyədə bilməli; AutoCAD (arzuolunandır).
  • Eskiz və işçi layihəni oxuma bacarığı.
  • Metalkonstruksiyaların hesablanması qaydalarını bilməli.
  • Tikinti materiallarının növləri və xüsusiyyətləri haqqında məlumatlılıq.
  • Tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli.
  • Smeta sənədlərinin hazırlanması üçün ümumi tikinti işlərinin həcmlərinin təhlili və hesablanmasını bacarmalı.
  • Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli.

Vakansiya Haqqında

  • Son tarix: Dekabr 3, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow