Xalq Bank vakansiya: Bank Fəaliyyətinə Dəstək İdarəsinin Biznes proseslərin idarə edilməsi şöbəsinin mütəxəssisi.
Xalq Bank biznes proseslərin idarə edilməsi üzrə mütəxəssis axtarır. Ali təhsil, bank işi sahəsində 1 illik təcrübə, analitik düşüncə və MS proqramları bilikləri tələb olunur. Müraciət üçün son tarix: Noyabr 24, 2024.
Təsvir
- Bankda olan biznes proseslərin müəyyən edilməsi və strukturlaşdırılması.
- Biznes proseslərin reyestrinin hazırlanması və müntəzəm yenilənməsi.
- Biznes proseslərin təhlili və tələblərin dəqiqləşdirilməsi.
- Biznes proseslərin optimallaşdırılması imkanlarının araşdırılması.
- Biznes proseslərin xəritələrinin (blok sxemlərin) hazırlanması.
- Mövcud biznes proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin irəlilədilməsi.
- Biznes proseslər üzrə xronometrajın hazırlanması; hər proses üzrə vaxt və işçi sərfiyyatının müəyyən edilməsi.
Tələblər
- Ali magistr təhsili (iqtisadi, riyazi və ya texniki sahələrdə).
- Bank işi sahəsində biliklər.
- Problem həlletmə bacarığı.
- Fərdi və komanda ilə işləmək qabiliyyəti.
- Bank işi sahəsində minimum 1 illik təcrübə.
- Analitik və kreativ düşüncə; işdə dəqiqlik və yaradıcı yanaşma.
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
- MS Word, MS Excel, MS Visio, DraW IO, EdrawMax kimi proqramları istifadə etmə bacarığı.
- BPMN 2.0 və digər modelləşdirmə dillərini istifadə etmə bacarığı.
- Dil bilikləri: İngilis və rus dili orta səviyyədə.
Vakansiya haqqında
- Son tarix: Noyabr 24, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?