Aztelekom vakansiya: Müqavilə üzrə şöbə müdiri.
Aztelekom MMC-də Müqavilə üzrə şöbə müdiri vəzifəsinə müraciət edin. Bakı şəhərində açılan bu vakansiya, açar sözlər ilə uyğun gələn təcrübəli şəxslər üçün nəzərdə tutulub. Əlavə məlumat və müraciət üçün vakansiyaya baxın.
Vəzifə öhdəlikləri:
- Müqavilə qiymətləndirilməsini idarə etmək və əsas mərhələlərə nəzarət etmək.
- Müqavilə münaqişə və məsələlərini vaxtında və effektiv şəkildə həll etmək, ümumi nəzarəti həyata keçirmək.
- Mal-materialların qəbulu, saxlanması və buraxılması, məqsədəuyğun şəkildə yerləşdirilməsi və saxlanma rejiminə riayət edilməsi üzrə işə nəzarət etmək.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat sanitariyası qaydalarına riayət edərək anbarda yükləmə-boşaltma işlərinin aparılmasına nəzarət etmək.
- Maddi vəsaitlərin (əsas vəsaitlər və mal-material ehtiyatları) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsini təmin etmək.
- Mədaxil olunan maddi vəsaitlərin ilk fiziki inspeksiyası, sayılması, qəbulu və yerləşdirilməsi işlərinin düzgün və zamanında təşkil olunmasını təmin etmək.
- Mal-material qalıqlarının optimal həddə saxlanılması, qənaətli istifadə və optimal sifariş həcmi üzrə metodologiya və prosedurların tətbiqinə nəzarət etmək.
- Əsas vəsaitlərin və mal-materialların uçotu üzrə proqram təminatının istifadəsi və ətraflı məlumat bazasının yaradılmasını təmin etmək.
- Funksiyadaxili inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsini təmin etmək.
- İstifadəyə yararsız və köhnəlmiş vəsaitlərin realizasiyasına dəstək olmaq.
- Performans Hesabatları hazırlamaq və müvafiq rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür).
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.
- Dövlət satınalmaları haqqında qanunvericilik bilikləri və təcrübəsi.
- Azərbaycan dili (əla), İngilis dili (yaxşı) səviyyəsində bilik.
- SAP proqramı ilə yaxşı səviyyədə işləmə bacarığı.
- MS Windows, MS Office (Excel, Word, Outlook) proqramlarını əla səviyyədə bilmək.
- Şifahi və yazılı ünsiyyət qurma bacarığı.
- Komanda ilə işləmə, vaxtın idarə edilməsi, və problem həlletmə bacarıqları.
- Təqdimat və təsiretmə bacarığı.
What's Your Reaction?