Mətanət A Şirkətlər Qrupu vakansiya: Hüquqşünas.
Hüquqşünas vakansiyası ilə bağlı iş elanını oxuyun. Mətanət A Şirkətlər Qrupu Bakı şəhərində hüquqşünas axtarır. Şirkətin hüquqi dəstəyi, sənəd tərtibatı və dövlət orqanları ilə əlaqələr sahəsində təcrübəsi olan namizədlərə müraciət imkanı.
Vakansiyanın Təsviri
- Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək və hüquqi rəy tərtib etmək.
- Şirkət daxilində əmr, təlimat, qayda, prosedur və digər normativ sənədləri hazırlamaq, həmin sənədlər üzrə rəy bildirmək və ya təkmilləşdirmə təklifləri vermək.
- Dövlət orqanlarında şirkətin təmsil edilməsi, sorğuların cavablandırılması və müvafiq sənədlərin hazırlanması.
- Müqavilə layihələrinin hazırlanması və daxil olan müqavilə layihələrinə hüquqi rəy verilməsi.
- Şirkətin təsis sənədlərindəki dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşmə işlərinin təşkil edilməsi.
- Birbaşa rəhbər tərəfindən verilən digər hüquq xarakterli tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali hüquq təhsili.
- Minimum 2 il iş təcrübəsi.
- Azərbaycan dilini mükəmməl bilməli, rus və ya ingilis dilini bilməsi üstünlükdür.
- Məhkəmə və hüquq-mühafizə orqanlarında iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş yeri: 31 Xətai prospekti, Bakı, Azərbaycan
Vakansiya növü: Tam ştat
Son müraciət tarixi: 29 Noyabr 2024
What's Your Reaction?