Aztelekom vakansiya: Növbə mühəndisi.
Aztelekom MMC, Salyan şəhərində növbə mühəndisi vakansiyası elan edir. Kommutasiya və transport sistemlərinin istismarı üzrə təcrübəyə malik olan namizədlər müraciət edə bilər. İş, rabitə kanallarının istismarı, avadanlıq yoxlaması və sənədləşmə ilə bağlı mühüm vəzifələri əhatə edir.
İş Təsviri
- Kommutasiya və transport sistemləri ilə bağlı montaj və blok sxemlərini hazırlamaq, avadanlıqların yoxlanması və tənzimlənməsi metodlarını tətbiq etmək.
- Filiala aid şöbələrin iş prinsipləri, rabitə kanalları və avadanlıqların elektrik normaları barədə məlumatlı olmaq.
- Ölçü cihazlarından istifadə edərək rabitə avadanlıqları və kanalların parametrlərinin ölçülməsi işini düzgün həyata keçirmək.
- Avadanlıqların fasiləsiz işləməsini təmin etmək və növbə işçilərinin işinə nəzarət etmək.
- Qəza siqnalları üzrə avadanlıqlarda baş verən nasazlıqları vaxtında aradan qaldırmaq.
- Kommutasiya və transport sistemlərinin istismarı ilə bağlı təlimatlara uyğun fəaliyyət göstərmək.
- Müəsisənin digər struktur bölmələri ilə koordinasiya təmin etmək və qarşılıqlı əlaqəni gücləndirmək.
Tələblər
- Ali və ya orta texniki təhsil.
- Kommutasiya və ya transport sistemləri sahəsində təcrübə, telekommunikasiya texnologiyaları barədə biliklər üstünlük təşkil edər.
- Şəbəkə avadanlıqlarının işləmə prinsiplərini, texnoloji və konstruktiv xüsusiyyətlərini bilmək.
- Yüksək tempdə kollektivlə işləmə bacarığı.
- MS Office proqramlarını bilmək.
Vakansiya haqqında
- Son müraciət tarixi: 4 dekabr 2024
- Paylaşılıb: 28 noyabr 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
What's Your Reaction?