ATB Bank vakansiya: Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində hüquqşünas.

Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində hüquqşünas vəzifəsinə vakansiya. Hüquqşünas, komplayens, maliyyə monitorinqi sahəsində mütəxəssislər üçün iş elanıdır.

Oct 2, 2024 - 11:24
Oct 2, 2024 - 11:30
 0
ATB Bank vakansiya: Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində hüquqşünas.
ATB Bank vakansiya: Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində hüquqşünas.

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinin mövcud qanunvericiliyə uyğunluğuna nəzarət etmək və komplayens göstəricilərinə əsasən şirkətin mövqeyini qiymətləndirmək;
  • Monitorinqlər nəticəsində aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə struktur bölmələr tərəfindən təqdim edilmiş tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
  • Qanun pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması üçün tədbirlərin icrasına nəzarət;
  • Yeni yaradılmış satış kanalları və sığorta məhsullarına dair qanunvericiliklə bağlı rəy vermək, eləcə də ictimaiyyətə təqdim olunan materialların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
  • Şirkət daxilində və işçilər arasında komplayens mədəniyyətinin formalaşdırılmasını təmin etmək;
  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və dəyişikliklərin biznes proseslərə təsiri barədə məlumat vermək;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (iqtisadi və ya hüquq sahəsində);
  • Bank işi sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərini mükəmməl, Rus dilini isə orta səviyyədə bilmək;
  • Microsoft Office proqramlarında işləmək qabiliyyəti.

Vakansiya haqqında:

  • İş növü: Tam ştat
  • Əmək haqqı: Razılaşma əsasında
  • İş yeri: Bakı şəhəri, 192, Cəlil Məmmədquluzadə küçəsi, 85
  • Son müraciət tarixi: 30 oktyabr 2024

Maliyyə Monitorinqi və Komplayens Departamentinin AML şöbəsində hüquqşünas vakansiyası ilə maraqlananlar CV-lərini ATB Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow