Aztelekom vakansiya: Qrafik dizayner axtarılır.
Aztelekom MMC, Bakı şəhərində Qrafik Dizayner vakansiyası təqdim edir. Əgər siz qrafik dizayn sahəsində 3-4 il iş təcrübəsi olan, Adobe Creative Suite proqramlarını yüksək səviyyədə bilən və yeni dizayn trendlərini izləyən bir mütəxəssis və ya mütəxəssis olsanız, bu iş mövqeyi sizin üçün idealdır.
Qrafik dizayner olaraq sizdən gözlənilən tələblər:
- Süni intellektlə grafik sahədə iş bacarığı və bu sahəyə maraq
- Qrafik dizayn sahəsində bakalavr dərəcəsi
- Ekspozisiya, rəng və çap anlayışı
- Qrafik dizayn sahəsində ən azı 3-4 il iş təcrübəsi
- Adobe Creative Suite (Photoshop, Illustrator) proqramlarını yüksək səviyyədə bilmək, 3D proqramları, Adobe Premiere, Adobe After Effects bilmək arzuolunandır
- Güclü vizual və kreativ bacarıqlar
- Layihə menecmenti və zaman idarəetməsi bacarıqları
- Təfərrüatlara diqqət yetirmək və dəqiqlik
- Güclü ünsiyyət və əməkdaşlıq bacarıqları
- Portfolionun təqdim edilməsi mütləqdir
- Yeni trendləri izləmək
Qrafik dizayner vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 26 oktyabr 2024 il.
What's Your Reaction?