Aztelekom vakansiya: Satış üzrə aparıcı mütəxəssis.

Aztelekom MMC, satış üzrə aparıcı mütəxəssis vakansiyası təqdim edir. Yeni abunəçilər cəlb etmək, satış sahəsində təcrübə əldə etmək və açar sözlərlə irəliləmək istəyənlər üçün mükəmməl fürsət. Tam ştat, Bakı, Azərbaycan. Satış və müştəri xidmətləri sahəsində yeni karyera imkanı.

Dec 4, 2024 - 13:01
Dec 4, 2024 - 13:03
 0
Aztelekom vakansiya: Satış üzrə aparıcı mütəxəssis.
Aztelekom vakansiya: Satış üzrə aparıcı mütəxəssis.

İŞİN TƏSVİRİ:

  • Yeni çəkilişlərlə bağlı abunəçi müraciətlərinin dəyərləndirilməsi və sənədləşməsi prosesinin təşkili
  • Soyuq zənglər vasitəsilə yeni abunəçilərin cəlb edilməsi və xidmətlər haqqında məlumatların təqdim edilməsi
  • Potensial abunəçilər taparaq, onlarla birbaşa əlaqə qurmaq, xidmətlər haqqında məlumat vermək, görüşlər və təqdimatlar təşkil etmək
  • Ərazilərdə mütəmadi baxışlar keçirərək xidmətlərin satışı və yeni abunəçilərin cəlb edilməsi
  • Telekommunikasiya bazarını araşdıraraq, abunəçi tələblərini öyrənmək
  • Görülən işlərə dair gündəlik, həftəlik, aylıq, rüblük, və illik statistik hesabatların tərtib edilməsi

TƏLƏBLƏR:

  • Orta və ya ali təhsilli olmalıdır
  • Satış sahəsində ən azı 1 illik təcrübə
  • Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dilləri arzuolunandır
  • Yüksək ünsiyyət bacarığına malik olmalıdır
  • Stressə davamlı və müştərinin tələblərini diqqət mərkəzində saxlamalıdır
  • Yüksək templi mühitdə çalışma bacarığı
  • Satış və marketinqin əsasları ilə tanış olmalıdır
  • Satışa aid sənədləri tərtib etmə bacarığı
  • MS Office (xüsusilə Excel) proqramları ilə işləmə bacarığı
  • İşgüzar yazışmaların əsaslarını bilməlidir

VAKANSİYA HAQQINDA:

  • Son müraciət tarixi: 9 Dekabr, 2024
  • İş yeri: Bakı, Azərbaycan
  • İş rejimi: Tam ştat
  • Kateqoriya: Satış və müştəri xidmətləri

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow