Yelobank vakansiya: Kreditlərin monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi (Bərdə filialı).

Yelo Bank ASC-nin Bərdə filialında Kreditlərin Monitorinqi Şöbəsinin Aparıcı/Baş Mütəxəssisi vakansiyası açılıb. Mikro kreditlər üzrə təcrübəyə malik, analitik bacarığı olan mütəxəssis axtarılır. Sənədlərin yoxlanılması, monitorinq və hesabatların hazırlanması işləri ilə məşğul olunacaq.

Sep 17, 2024 - 12:48
Sep 17, 2024 - 12:53
 0
Yelobank vakansiya: Kreditlərin monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi (Bərdə filialı).
Yelobank vakansiya: Kreditlərin monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi (Bərdə filialı).

Vəzifələr:

  • Cari kreditlər üzrə sənədlərin yoxlanılması və monitorinqinin həyata keçirilməsi.
  • Monitorinq nəticələri ilə bağlı hesabatların hazırlanması.
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat verilməsi.
  • Region filiallarına səfər olunması.

Tələblər:

  • Mikro kreditlər üzrə minimum 2 il iş təcrübəsi.
  • Ali təhsil (iqtisadi, maliyyə sahəsi üzrə təhsil arzuolunandır).
  • Analitik düşünmə və təhlil bacarığı.
  • Komandada işləmək bacarığı.
  • Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı.
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
  • Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər.
  • Sərbəst Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır.
  • MS Office proqramları bilikləri.

Biz Sizə Təklif Edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti.
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar.
  • Sığorta proqramına qoşulma imkanı.
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Elektron poçtunuzun “mövzu” yerinə “Kreditlərin monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi (Bərdə filialı)” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 29 sentyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow