Aztelekom vakansiya: Xətt qurğularının istismarı sektorunun müdiri (Samux).

Aztelekom MMC, Samuxda Xətt Qurğularının İstismarı Sektorunun Müdiri vəzifəsi üçün işçi axtarır. Rabitə və informasiya texnologiyaları sahəsində ali təhsil, ən azı 1 il iş təcrübəsi tələb olunur. Xətt qurğularının normal işini təmin etmək üçün liderlik və təşkilatçılıq bacarıqları vacibdir.

Oct 17, 2024 - 13:26
Oct 17, 2024 - 13:29
 0
Aztelekom vakansiya: Xətt qurğularının istismarı sektorunun müdiri (Samux).
Aztelekom vakansiya: Xətt qurğularının istismarı sektorunun müdiri (Samux).

Təsvir

  • Səlahiyyətləri çərçivəsində yeni qaydaların, təlimatların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak etmək.
  • Xətt qurğularına xidmət olunması, profilaktiki ölçmələrin aparılması, texniki parametrlərinin normalarına uyğun istismarını təmin etmək.
  • Xətt qurğuları parametrlərinin ölçülməsində istifadə edilən ölçü cihazlarından istifadə etməyi, ölçmənin prinsip və metodlarını bilmək.
  • Zədələnmələri analiz etmək və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün tədbirlər görmək.
  • Şaxta, kompressor, xətt və kabel-kanalizasiya qurğularının normal istismarını təşkil etmək.
  • Xətt təsərrüfatının təmirini, tikintisini və yenidən qurulmasını həyata keçirmək.
  • Kross sexinə daxil olmuş abunəçi sifarişlərinin icrasına, icra ardıcıllığına nəzarət etmək.
  • Kabel və digər xətt materiallarının təyinatı üzrə qənaətlə işlədilməsinə nəzarət etmək.
  • Baş vermiş nasazlıqların vaxtında aradan qaldırılmasını və qeydiyyatların aparılmasını təşkil və nəzarət etmək.
  • İstismara yararsız rabitə dirəklərinin, xətt və kabel materiallarının, digər texniki avadanlıqların təmiri və ya dəyişdirilməsi üçün təklif hazırlamaq.
  • Telefon çəkilişi üçün texniki arayışların hazırlanmasını, müvafiq naryadla abunəçi xətlərin çəkilişinin həyata keçirilməsini təşkil etmək və lazımi sənədləşmə işlərini aparmaq.
  • PŞ-lərin mühafizə siqnalizasiyasının normal işinə nəzarət edir, PŞ-lərin yüklənmə vərəqələrinin təlimata uyğun aparılmasını və mütəmadi düzəlişlərin qeyd olunmasını və yenilənməsini təmin etmək.
  • Magistral kabellərin hava təzyiqi altında saxlanılmasına, KSQ-nin işinə gündəlik nəzarət etmək və təlimata uyğun jurnalda qeydiyyat aparılmasına nəzarət etmək.
  • Xətt təsərrüfatının daim texniki normada saxlanılmasını təmin etmək.
  • Magistral və paylayıcı kabellərdə ölçmə işlərinin aparılması məqsədilə qrafik tərtib etmək.
  • İstifadə olunmuş kabel və xətt materialları haqqında müvafiq sənədləşmə aparmaq və aylıq hesabat vermək.

Tələblər

  • Rabitə və ya informasiya texnologiyaları sahəsində ali texniki təhsil.
  • Xətt qurğularının istismarı sahəsində və digər telekommunikasiya texnologiyaları sahəsində ən azı 1 (bir) il professional iş təcrübəsi.
  • Xətt qurğularının istismar edilməsinə aid olan sənədlərlə işləmə bacarıqlarına malik olmalı və qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərlə effektiv işləməyi bacarmalıdır.
  • Şəbəkədə istismarda olan avadanlıqların quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını, montaj və funksional sxemlərini bilməlidir.
  • Xətt qurğularının istismarı üzrə sektor müdiri xəttin ilkin və 2-ci texniki parametrlərinin ölçülməsində istifadə edilən ölçü cihazlarından istifadə etməyi, ölçmənin prinsip və metodlarını bilməlidir.
  • Liderlik, təşkilatçılıq bacarıqları.
  • Kompüter bilikləri üzrə: MS Office və Outlook proqramlarını bilməlidir.
  • Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə biliklər.

Son tarix
Noyabr 25, 2024

Kateqoriya
Elm, Texnologiya və Mühəndislik

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow