Avromed Company vakansiya: İşə qəbul üzrə mütəxəssis.
İnsan resursları sahəsində təcrübəsi olan və işə qəbul prosesində iştirak etmək istəyən namizədlər üçün əla fürsət!
Vəzifə və Öhdəliklər
- Təsdiqlənmiş vakansiyalara əsasən elanların hazırlanması və müvafiq portallarda yerləşdirilməsi;
- Daxil olan müraciətlərin dəyərləndirilməsi və vakansiyaya uyğun namizədlərlə ilkin müsahibələrin keçirilməsi;
- İşə qəbul meneceri və vakansiya üzrə rəhbərləri müxtəlif namizəd cədvəlləri ilə təmin etmək;
- Açılan vakansiyalar haqqında məlumat bazasının yazılması və yenilənməsi;
- Əvvəlcədən müəyyən edilmiş keyfiyyətlərə əsaslanaraq müsahibələrin keçirilməsi;
- Şirkət siyasətinə uyğun olaraq sosial media postlarının yaradılması;
- İş təsvirlərini və işçi spesifikasiyalarını hazırlamaq;
- CV məlumat bazasının saxlanılması və yenilənməsi;
- Əmək qanunvericiliyinə nəzarət edərək prosesin uyğunluğunu təmin etmək üçün lazım olan dəyişiklikləri həyata keçirmək;
- Əmək yarmarkaları və karyera tədbirlərində iştirak etmək.
Tələb Olunan Keyfiyyətlər
- Ali təhsil;
- Müvafiq sahədə ən az 1-3 il iş təcrübəsi;
- Rus dilində sərbəst danışmaq bacarığı (tələb olunur), ingilis dili (arzuolunandır);
- MS Office və xüsusilə MS Excel proqramlarından sərbəst istifadə bacarığı;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyini bilmək;
- İnsan resursları idarə edilməsi və işə qəbul modulu haqda nəzəri və praktiki biliklər;
- İnandırma bacarığı, analitik düşüncə və güclü sosial kommunikasiya qabiliyyəti;
- Operativ və düzgün qərar vermək bacarığı;
- Nəticəyönümlülük.
Vakansiya Haqqında Əlavə Məlumat
- Son müraciət tarixi: Noyabr 25, 2024.
- İş növü: Tam ştat.
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə.
What's Your Reaction?