Aztelekom vakansiya: Xətt qurğularının istismarı üzrə mühəndis (Masallı).
Aztelekom MMC-nin xətt qurğularının istismarı üzrə mühəndis vakansiyası. Masallıda tam ştat iş. Xətt qurğularının texniki xidməti, profilaktik ölçmələr və texniki parametrlərin nəzarəti üzrə iş təcrübəsinə malik mütəxəssislər üçün.
Vakansiyanın Təsviri:
- Xətt qurğularına texniki xidmət və profilaktik ölçmələrin aparılması;
- Texniki parametrlərin normativlərə uyğun şəkildə istismar edilməsi;
- Zədələnmələrin analizi və keyfiyyətin artırılması üçün tədbirlər görmək;
- Texniki departament və digər strukturlarla koordinasiya;
- KROSS sexinə daxil olmuş abunəçi sifarişlərinin icrasına nəzarət;
- Kabel və digər xətt materiallarının təyinatı üzrə istifadəsinə nəzarət;
- Texnik və montyorların işinə nəzarət və nasazlıqların vaxtında aradan qaldırılması;
- Yeni abunəçi xəttlərinin çəkilişi üçün texniki arayışların hazırlanması;
- Rabitə avadanlıqları və xətt qurğularına ziyan dəyməsi barədə məlumat vermək və akt tərtib etmək;
- Magistral kabellərin hava təzyiqi altında saxlanılmasına gündəlik nəzarət.
Tələblər:
- Rabitə və ya informasiya texnologiyaları sahəsində ali və ya orta texniki təhsil;
- Xətt qurğularının istismarı sahəsində və ya telekommunikasiya texnologiyaları sahəsində ən azı 1 il iş təcrübəsi;
- Ölçü cihazlarından istifadə etmə bacarığı;
- Şəbəkə avadanlıqlarının quruluşunu, texniki xüsusiyyətlərini bilmə;
- MS Office proqramlarını istifadə etmə bacarığı.
Vakansiya haqqında məlumat:
- Son müraciət tarixi: 23 sentyabr 2024
- İş növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
Xətt qurğularının istismarı üzrə mühəndis (Masallı) vakansiyası ilə maraqlananlar CV-lərini Aztelekoma göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 26 sentyabr 2024 il.
What's Your Reaction?