AN Import Export vakansiya: Mağaza müdiri axtarılır (Cəlilabad).

Mağaza Müdiri vakansiyası - tikinti materialları, cehizlik malları və məişət avadanlıqlarının idarə edilməsi üzrə iş imkanı. Ali təhsil, minimum 3 il təcrübə və MS Office bacarıqları tələb olunur.

Sep 19, 2024 - 13:15
Sep 19, 2024 - 13:18
 0
AN Import Export vakansiya: Mağaza müdiri axtarılır (Cəlilabad).
AN Import Export vakansiya: Mağaza müdiri axtarılır (Cəlilabad).

Vəzifə Öhdəlikləri:

  • “Cəlilabad Mall”da açılacaq təmir və tikinti materialları, cehizlik malları, məişət avadanlıqları və digər bölmələrin idarə edilməsi ilə bağlı direktorla birlikdə kommersiya planı yaratmaq və bazar araşdırması aparmaq.

  • Şirkətin məqsədlərinə uyğun kommersiya strategiyalarını hazırlamaq və həyata keçirmək.

  • Maliyyə hədəflərini müəyyən etmək, xərclər və büdcənin monitorinqini həyata keçirmək.

  • Mövcud müştərilərin tələblərini müəyyən edərək müştəri məmnuniyyətini təmin etmək.

  • Kommersiya fəaliyyətinə nəzarət etmək və üst rəhbərlik üçün hesabatlar hazırlamaq.

  • Təchizat zəncirini qurmaq və idarə etmək.

  • Sosial şəbəkələrdə marketinq işini təşkil etmək.

  • Sosial media platformaları üçün (Instagram, Facebook, LinkedIn və s.) günlük və həftəlik kontentin hazırlanmasını və paylaşılmasını təmin etmək.

  • İş Həftəsi: 6 gün

Namizədə Tələblər:

  • Tikinti materialları, cehizlik mallarının və məişət avadanlıqlarının satışı üzrə təcrübə (Omid və Kristal konseptində ticarət mərkəzlərində təcrübə üstünlükdür).
  • Müvafiq normativ hüquqi aktlar, qaydalar və təlimatları bilməlidir.
  • Rus dili biliyi üstünlükdür.
  • MS Office proqramlarından istifadə bacarığı.
  • Problem həll etmə qabiliyyəti.
  • Komandada işləmək bacarığı.
  • Diqqətlilik və dəqiqlik.

Müraciət Qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Mağaza Müdiri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Son müraciyət tarixi 13 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow