Baker Tilly Azerbaijan vakansiya: Baş Auditor axtarılır.
Baker Tilly Azerbaijan, mühasibatlıq və audit sahəsində peşəkar kadr axtarır. Audit Senior vəzifəsinə müraciət etmək üçün tələbləri öyrənərək, beynəlxalq audit mühitində karyera inkişafına start verin.
Biz nə təklif edirik:
- Beynəlxalq audit konsultasiya şirkətində mükəmməl təcrübə
- Peşəkar iş mühiti və karyera inkişafı
- Maraqlı komanda qurma tədbirləri
- İllik təşviqlər
- Faydalar və imtiyazlar
Əsas vəzifələriniz:
- Beynəlxalq Audit Standartlarını (ISA) başa düşmək və tətbiq etmək
- Beynəlxalq Mühasibat və Maliyyə Hesabat Standartlarını (IAS və IFRS) başa düşmək və tətbiq etmək
- Auditləri idarə etmək və junior heyət tərəfindən həyata keçirilən audit işini gözdən keçirmək
- Daha mürəkkəb hissələr üzərində işləmək və audit iş sənədlərini hazırlamaq
- Müştəri heyəti ilə effektiv ünsiyyət qurmaq
- Müxtəlif müştəri məsələlərində senior in-charge və ya menecerlərə dəstək vermək
- Audit keyfiyyət səviyyələrinə uyğun iş bölüşdürmək
- Audit nəticələrini vaxtında məlumatlandırmaq və audit ilə bağlı məsələlərdə həll yolları təklif etmək
- Audit layihələrinin təqdimatını Bakertilly siyasət və prosedurlarına uyğun hazırlamaq
Tələblər
- Mühasibat, Maliyyə və ya əlaqəli sahədə bakalavr dərəcəsi
- ACCA sertifikatı (F1, F2, F3) və F7, F8
- Azərbaycan və İngilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət, Rus dili biliyi üstünlükdür
- Mühasibatlıq üzrə yaxşı biliklər
- Ofis tətbiqlərindən istifadə bacarığı: (MS Excel, MS Word, MS Power Point, Outlook)
- Minimum 3 il audit praktikasında müvafiq təcrübə
- IFRS-ə uyğun maliyyə hesabatlarının auditini idarə etmə təcrübəsi
- Təşkilati və iş bölüşdürmə bacarığı
- Analitik düşüncə
- Güclü texniki bacarıqlar
- Araşdırma və analiz
- Layihə idarəetməsi
- Liderlik
- Vaxtın idarə olunması
Baş Auditor vakansiyası ilə maraqlananlar CV-lərini Baker Tilly Azerbaijan-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 9 oktyabr 2024 il.
What's Your Reaction?