Bank Respublika vakansiya: Helpdesk üzrə kiçik mütəxəssis.
Bank Respublika ASC, Bakıda help desk üzrə kiçik mütəxəssis vakansiyası elan edir. Texniki dəstək üzrə geniş təcrübəyə maliksinizsə və bilikləriniz varsa, müraciət edin!
Vəzifə öhdəlikləri:
- İstifadəçi kompüteri, proqram təminatı və periferik (printer, skayner və s.) avadanlıqların quraşdırılması və yönləndirilməsi;
- İTD departamentinə texniki problemlərlə bağlı daxil olan zəng və müraciətlərin qəbul olunması və müvafiq texniki dəstəyin göstərilməsi;
- İstifadəçi kompüterlərində və ya periferik avadanlıqlarda yaranan proqram və avadanlıq nasazlıqlarının aradan qaldırılması.
Namizədə tələblər:
- Windows 10 və 11 əməliyyat sistemlərinin quraşdırılması, sazlanması üzrə geniş bilik və iş təcrübəsi;
- MS Outlook, Word, Excel (2003/2007/2010) proqramlarını quraşdırma və istifadə üzrə biliklər;
- Windows domen və LAN şəbəkəsi ilə bağlı başlanğıc biliklər;
- Printerlərin quraşdırılması və təmiri üzrə bilik və iş təcrübəsi;
- Azərbaycan və rus dillərini yaxşı, ingilis dilini isə texniki səviyyədə bilməli;
- Ezamiyyətlərə hazır olmalı və İT sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
Helpdesk üzrə kiçik mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Bank Respublikaya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 30 sentyabr 2024 il.
What's Your Reaction?