Bakı Kitab Mərkəzi vakansiya: Satıcı- Konsultant axtarılır.
Bakı Kitab Mərkəzi "Satıcı - Konsultant" vakansiyası üçün namizəd axtarır. Kitab sevgisi, müştəri məmnuniyyəti və satış təcrübəsi ilə tanınan şəxslər müraciət edə bilər. Ətraflı məlumat üçün elana baxın!
İş barədə məlumat:
- Müştərilərə kitab seçimi zamanı kömək etmək və alternativ çeşidlər təklif etmək
- Kitabların səliqəli şəkildə rəflərə yığılması, qiymət etiketlərinə və bölmələrə nəzarət
- Yeni gələn kitablar və digər məhsulları satışa hazırlamaq
- Kitabların təbliğatını bacarmaq
- Satış texnikasının üslublarından effektiv istifadə etmək
- Müştəri məmnuniyyətinin təmin edilməsi
Şərait:
- Əmək haqqı: 500 AZN + satışdan bonus sistemi
- İş qrafiki: Həftədə 6 iş günü (növbəli iş qrafiki)
- İş saatı: Hər gün fərqli növbə (part-time iş deyil)
Namizədə tələblər:
- Cins: Bəy / Xanım namizədlər
- Satış təcrübəsi: 1-2 il
- Xarici dil biliyi: Azərbaycan və rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
- Mütaliəni sevən, satış sahəsində minimum 1 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
- Kitab oxumağı sevən, kitablar və müəlliflər barədə biliyi olan
- Dünyagörüşlü, cəld, işə və komandada işləməyə həvəslə yanaşan
- Məsuliyyətli və fəal olan
- Özünü satışda təsdiqləyən və gələcəyini bu sahədə görən
- Effektiv ünsiyyət və güclü təqdimat bacarığı olan
- Səlis nitq qabiliyyəti və xoş görünüşlü
Qeyd: Yalnız tələblərə cavab verən və tələbə olmayan şəxslərlə əlaqə saxlanılacaq. Təsdiq olunan namizədlərə sınaq müddəti: 3 həftəyə qədər (ödənişsiz)
CV Göndərmə: Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satıcı - Konsultant” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
What's Your Reaction?