Unibank vakansiya: Mikrokredit Risklərinin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis.
Unibank Kommersiya Bankı mikrokredit risklərinin idarə edilməsi üzrə mütəxəssis axtarır. Kredit portfelinin analizi, risk göstəricilərinin izlənməsi, və mikrokreditlər üzrə təhlillər ilə maraqlanırsınızsa, müraciət edin!
Vəzifələr
- Bankın kredit portfelinin mütəmadi analizi və müxtəlif hesabatların hazırlanması.
- Portfelin risk göstəricilərini əks etdirən hesabatların hazırlanması (vintaj, FPD/SPD/TPD, miqrasiya matrisləri və s.) və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət.
- Mikrokreditlər üzrə təhlillərin aparılması və hesabatların hazırlanması.
- Mikrokreditlər üzrə konsentrasiyalara nəzarət edilməsi.
- Kredit riskləri istiqaməti üzrə göstəricilərin bankın risk limitlərinə uyğunluğuna nəzarət.
- Kredit riskləri üzrə göstəricilərin proqnozlaşdırılması və planlaşdırılması.
- Birbaşa rəhbərinin tapşırığına əsasən, risk istiqaməti üzrə digər hesabatların hazırlanması.
- Birbaşa rəhbərinin tapşırığına əsasən, kredit riskləri şöbəsinin vəzifə öhdəliklərinə aid digər tapşırıqların icrası.
- Kredit risklərinin idarə edilməsinə dair strategiyaların işlənib hazırlanması və tətbiqi.
- Kredit portfelinin müntəzəm izlənməsi və analiz edilməsi, potensial risklərin müəyyən edilməsi və qarşısının alınması üçün tədbirlər görülməsi.
- Kredit risklərinin azaldılması məqsədilə təkliflərin hazırlanması və tətbiqi.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli sahələrdə).
- İş təcrübəsi: müvafiq sahədə və ya kredit sahəsində təcrübə arzuolunandır.
- Xarici dillər üzrə biliklər (İngilis və Rus dilləri arzuolunandır).
- Kompüter bilikləri: Microsoft Office proqramları (Word, Excel – yüksək səviyyədə), Oracle PL/SQL, Power BI– arzu olunandır.
- Analitik düşünmə və düzgün qərarvermə bacarığı.
- Kredit məhsulları və mikrokreditlər sahəsində məlumatlılıq.
- Yüksək səviyyədə riyazi hesablama və məlumatlar əsasında təhlil etmə bacarığı.
- Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat bacarığı.
- Statistik biliklər və məlumatları analiz etmə bacarığı.
- Problem həll etmə və qərar qəbul etmə bacarıqları.
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları.
- Komandada işləmək bacarığı və müstəqil işləmə bacarığı.
Mikrokredit Risklərinin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini Unibank-a göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 22 oktyabr 2024 il.
What's Your Reaction?