Baku Steel Company vakansiya: Baş maliyyə mütəxəssisi axtarılır.

Baku Steel Company, maliyyə hesabatlarının hazırlanması və analizi sahəsində təcrübəli Baş Maliyyə Mütəxəssisi axtarır. Bu tam ştat vakansiyası maliyyə göstəricilərinin təhlili, büdcə tərtibi və xərclərin azaldılması işlərini əhatə edir.

Sep 18, 2024 - 12:48
Sep 18, 2024 - 12:51
 0
Baku Steel Company vakansiya: Baş maliyyə mütəxəssisi axtarılır.
Baku Steel Company vakansiya: Baş maliyyə mütəxəssisi axtarılır.

Təsvir:

  • Şirkətin maliyyə hesabatlarının tərtib edilməsi və fəaliyyətinin maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatların toplanması və analizi.
  • Maliyyə analizi məlumatlarının dəqiqliyinin təmin edilməsi, onların normativ və büdcə göstəricilərindən ayrılmalarının izahı və şirkət rəhbərliyinin əhəmiyyətli kənar çıxmalar haqqında məlumatlandırılması.
  • Şirkətin proqnoz göstəricilərinin tam analizi əsasında şirkətin biznes planının tərtib edilməsi (əməliyyat planı, büdcə).
  • Şirkətin faktiki gəlirlərinin yoxlanılması və əsas kənar çıxmaların səbəblərinin aydınlaşdırılması.
  • Şirkətin fəaliyyət xərclərinin analizi və xərclərin azaldılması yollarının axtarılması, effektivliyinin yaxşılaşdırılması.
  • Şirkətin satınalma risklərinə nəzarət və onun optimal səviyyədə saxlanılması.
  • Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək (P&L, BS, PHH).
  • Büdcə və faktiki xərcləri müqayisə etmək.
  • Tələb olunan idarəetmə hesabatlarını hazırlamaq.
  • İllik büdcənin hazırlanmasında iştirak etmək.
  • Mühasibat uçotu üzrə əməliyyatları yoxlamaq və düzgün tanınmasına nəzarət etmək.
  • Maliyyə-təsərrüfat əməliyyatlarının təhlili.

Tələblər:

  • Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat).
  • Baş/aparıcı maliyyə mütəxəssisi vəzifəsində ən azı 3 illik iş təcrübəsi.
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzuolunandır.
  • MS Excel proqramı ilə yüksək səviyyədə işləmək bacarığı.
  • Yüksək analitik təhlil qabiliyyəti.
  • Maliyyə şərtlərini analiz etmək qabiliyyəti, problemləri həll etmək bacarığı.
  • Yüksək kommunikasiya, nəticəyönümlülük və təqdimat bacarıqlarına sahib olmalı.

Vakansiya haqqında:

  • Son tarix: Oktyabr 16, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə

Baş maliyyə mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Baku Steel Company-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 16 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow