AQA Şirkətlər Qrupu vakansiya: Korporativ satış üzrə kiçik mütəxəssis.
Ferrum Capital QSC, Bakı şəhərində korporativ satış üzrə kiçik mütəxəssis vakansiyası elan edir. Əgər faktorinq xidmətləri sahəsində karyera qurmaq və müştəri xidmətlərində mükəmməlliyə nail olmaq istəyirsinizsə, bizim komandamıza qoşulun.
Vəzifə Öhdəlikləri:
- Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
- Qoyulmuş hədəflərə əsasən faktorinq xidmətlərinin satışı və müştəri portfelinin böyüdülməsi;
- Korporativ müştərilərlə mütəmadi görüşlərin keçirilməsi;
- Bazar araşdırmalarının aparılması və yeni satış kanallarının formalaşdırılması;
- Müştərilərin qorunub saxlanılması təşəbbüslərinin hazırlanması və çarpaz-satış imkanlarının inkişaf etdirilməsi;
- Şirkətin satış həcminin artırılması;
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması.
Tələblər:
- Ali təhsil;
- 21-29 yaş aralığı;
- Əla səviyyədə Azərbaycan dili (rus dili üstünlükdür);
- Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq;
- Ünsiyyət və inandırma bacarığının olması;
- Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
- Hədəf yönümlü olmaq;
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
- Satış sahəsində karyera qurmağı planlamaq.
Əlavə Məlumat:
- İş qrafiki: 5 gün həftəlik, 10:00–19:00
- Əmək haqqı: 345 (Gross) AZN + bonus
Korporativ satış üzrə kiçik mütəxəssis vakansiyası ilə maraqlananlar CV-lərini AQA Şirkətlər Qrupuna göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 28 oktyabr 2024 il.
What's Your Reaction?