Baku Steel Company vakansiya: IT Helpdesk axtarılır.

Baku Steel Company IT Helpdesk vakansiyası üçün mütəxəssis axtarır. Ali təhsil, IT sahəsində iş təcrübəsi, Windows əməliyyat sistemləri bilikləri tələb olunur. Müraciət etməyi unutmayın!

Oct 15, 2024 - 12:17
Oct 15, 2024 - 12:19
 0
Baku Steel Company vakansiya: IT Helpdesk axtarılır.
Baku Steel Company vakansiya: IT Helpdesk axtarılır.

Təsvir

  • Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlərin görülməsi;
  • Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
  • Noutbuk, kompüter, printer və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazların quraşdırılması və proqram təminatlarının yüklənməsi, yaranan problemlərin aradan qaldırılması;
  • Əməliyyat sistemlərinin yazılması;
  • İnformasiya texnologiyaları istiqamətində texniki problemlərlə bağlı daxil olan müraciətlərin qəbulu, təhlili və həllinə dəstəyin göstərilməsi;
  • Avadanlıqların işçilərə təhkim olunması və təhvil-təslim aktı əsasında prosesin nizamlanması, işçi avadanlıqla səliqəsiz davrandığı zaman uyğun tədbirlərin həyata keçirilməsi üçün rəyin verilməsi;
  • İT departamentinə daxil olan müraciətlərin qəbul olunması, yaranmış hardware və software problemlərinin diaqnostikası və aradan qaldırılması;
  • Kompüter və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazlara texniki qulluq edilməsi, problemlərin aşkara çıxarılaraq həll olunması;
  • Ofis və struktur bölmələrində quraşdırılmış daxili mərkəzləşdirilmiş internet və şəbəkənin işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət edilməsi;
  • Şirkətə aid obyektlər arasında, habelə obyektlər daxili şəbəkə infrastruktura xidmət olunması, şəbəkə administrasiyası ilə bağlı digər proseslərin icrası.

Tələblər

  • Ali təhsil (üstünlük texniki ixtisas);
  • IT sahəsində 1-2 illik iş təcrübəsi;
  • Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
  • Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri;
  • Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı (rus dili və ingilis dili biliyi üstünlükdür).

Vakansiya haqqında

  • Son tarix: Noyabr 13, 2024
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Elm, Texnologiya və Mühəndislik

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow