AQA Şirkətlər Qrupu vakansiya: Xəzinədar axtarılır.
AQA Şirkətlər Qrupu, Gənclik Mall filialında "Xəzinədar" vakansiyasını elan edir. Bu iş müştəri xidmətləri, kassa əməliyyatları və korporativ standartlarla bağlı geniş imkanlar təqdim edir. İndi müraciət edin!
əzifə Öhdəlikləri:
- Şirkətin prosedurları, qaydaları və təşkilati strukturuna uyğun fəaliyyət göstərmək.
- Şirkətin korporativ geyim, yazışma, davranış və ünsiyyət qaydalarına riayət etmək; şəxsi təmizliyinə və xarici görünüşünə fikir vermək.
- İşçi iclasları və təlimlərdə iştirak etmək; fərdi və professional bilik və bacarıqları artırmaq.
- Kassaya gələn müştəriləri təbəssümlə qarşılamaq; ödəniş alternativlərini bildirmək və ödəniş seçiminə uyğun satış əməliyyatını həyata keçirmək.
- Kassada istifadə olunan proqram təminatının özünə aid olan istifadəçi şifrəsini qorumaq.
- Satış üçün gələn məhsullardan həyəcan siqnallarını çıxarmaq; ödəniş prosedurunu icra etmək.
- Mövcud kampaniyalarla tanış olmaq; məlumatları müştərilərə dolğun və dəqiq çatdırmaq.
- Müştəriləri çox gözlətmədən kassa əməliyyatlarını tez bitirmək; müştəri sıxlığı artdıqda, mağaza müdirini məlumatlandırmaq.
- Mağazanın musiqi səsləndirmələri ilə bağlı korporativ standartlara əməl etmək.
- Telefon zənglərinə cavab vermək; müştəriləri məlumatlandırmaq.
- Kassada oxunan qiymətlə etiketdəki qiymət arasında uyğunsuzluq olarsa, mağaza müdirinə müraciət etmək.
- Müştərilər tərəfindən malın geri qaytarılması və dəyişdirilməsi ilə bağlı müraciətləri malın qaytarılması prosedurlarına uyğun icra etmək.
- Alış-veriş zamanı saxta pullar vasitəsilə ödəniş olunmamasını diqqətdə saxlamaq.
- Gündəlik satışlardan formalaşan nəğd pulun ödəniş olunması üçün mağaza müdirinə məlumat vermək.
- Kassa əməliyyatlarını yekunlaşdıraraq, proqram təminatından lazımi hesabatları götürmək.
- Əməliyyatların hər hansı texniki problemlərdən silinməsi lazım gəldikdə mağaza rəhbərliyini məlumatlandırmaq.
- İş yerində əsas vəsaitlərin (kassa qurğuları, POS qurğuları və s.) əməliyyat vəziyyətinə nəzarət etmək.
- İstifadə olunan materialları (kassa rulonları, hədiyyə kağızları və s.) nəzarətdə saxlamaq; mağaza müdirinə məlumat vermək.
- Kassa sənədlərini düzgün qaydada arxivləşdirmək.
- Kassa ərazisinin təmiz və səliqəli olmasına nəzarət etmək.
- Mağaza rəhbərliyi tərəfindən verilən digər vəzifələri icra etmək.
Tələblər:
- Təhsil: Orta və ya ali təhsil.
- Müvafiq sahədə 1 il iş təcrübəsi.
- Ofis proqramlarında işləmək bacarığı.
- Kassa proqramları, POS qurğuları istifadə bacarığı.
- Xarici dil biliyi arzuolunandır.
Vakansiya haqqında:
- Son tarix: Oktyabr 30, 2024
- Vakansiya növü: Tam ştat
- Əmək haqqı: 500 - 500 AZN
- Kateqoriya: Satış və müştəri xidmətləri
https://jobs.glorri.az/vacancies/agagroup/agagroup-xezinedar/apply müraciyət üçün link.
What's Your Reaction?