Bank of Baku vakansiya: Texniki şöbənin eksperti (Ödəniş sistemləri departamenti).
Bakı şəhərində texniki şöbənin eksperti vakansiyası açıqdır. Ödəniş sistemləri sahəsində əməliyyat sistemi, təhlükəsizlik və təkmilləşdirmə üzrə fəaliyyət göstərəcək mütəxəssis axtarılır.
Vəzifə Funksiyaları:
- Ödəniş kartları üzrə əməliyyat sisteminin fəaliyyətini təşkil edir, tənzimləyir, əlaqələndirir, həmçinin sistemin təhlükəsiz və effektiv fəaliyyətinə nəzarət edir.
- Ödəniş kartları üzrə əməliyyat sisteminin bankdaxili və kənar sistemlərin infrastrukturu ilə əlaqələndirilməsini təmin edir.
- Ödəniş kartları üzrə əməliyyat sisteminin mütəmadi olaraq təkmilləşdirilməsi və bununla bağlı təkliflərin verilməsi.
- Ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə məlumatların ötürülməsi, toplanması, emalı və klirinqinə texniki dəstək üzrə zəruri tədbirlərin həyata keçirilməsi.
- Ödəniş sistemləri və xidmət mərkəzləri ilə bağlı olan sertifikasiya prosesinin təşkilini, ödəniş kartı məhsullarının qeydiyyatını, həmçinin ödəniş kartları sahəsində bu təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində digər işlərin aparılması.
- İnnovativ ödəniş həllərinin araşdırılması, testləşdirilməsi və tətbiqi üzrə zəruri tədbirlərin həyata keçirilməsi.
Yumşaq Bacarıqlar:
- Məsuliyyət
- Nizam-intizam
- Təşəbbüskarlıq
- Nəticəyə yönümlülük
Dil Biliyi:
- Rus - Orta
- İngilis - Orta
Kompüter Biliyi:
- SQL - Orta
- Microsoft Office proqramları - Orta
Təhsil Səviyyəsi:
- Ali təhsil - bakalavriat
Sahə üzrə İş Təcrübəsi:
- 1 - 3 il
Texniki şöbənin eksperti (Ödəniş sistemləri departamenti) vakansiyası ilə maraqlananlar CV-lərini Bank of Baku-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 3 oktyabr 2024 il.
What's Your Reaction?