Bank of Baku vakansiya: Müxbir əlaqələr şöbəsinin aparıcı eksperti.
Müxbir əlaqələr şöbəsinin aparıcı eksperti vakansiyası. Maliyyə sahəsində təcrübə qazanmaq və müxbir hesablar üzrə ixtisaslaşmaq istəyənlər üçün əla fürsət.
Vəzifə Funksiyaları:
- Müxbir hesabların və maliyyə qurumlarının ssuda və depozit hesablarının açılması, aparılması və bağlanması ilə bağlı sənəd və məlumat mübadiləsi;
- Nostro hesablar üzrə qalıqların təsdiqi üçün müvafiq banklarla yazışmaların aparılması;
- Loro hesablar üzrə daxil olmuş sorğuya əsasən qalıqların təsdiqi və tələb olunan yerə göndərilməsi;
- Gün ərzində Nostro hesablar üzrə aparılmış əməliyyatların yoxlanılması və banklardan daxil olmuş çıxarışlarla müqayisə olunması;
- Müxbir hesablar üzrə müvafiq gəlir və xərclərin ödənilməsi, səhvlərin araşdırılması və aradan qaldırılması;
- Gün ərzində Loro hesablar üzrə əməliyyatların yoxlanılması və SWIFT vasitəsilə çıxarışların göndərilməsi;
- Qeyri-rezident banklardan nağd vəsaitin gətirilməsi prosesinin təşkili və həyata keçirilməsi.
Yumşaq Bacarıqlar:
- Məsuliyyət
- Nizam-intizam
- Nəticəyə yönümlülük
Texniki Səriştəliklər:
- İqtisadi, maliyyə, hüquq və uyğun digər ixtisas üzrə ali təhsil
- Hesabatlılıq və təqdimat bacarığı
- Punktuallıq
Dil Biliyi:
- Azərbaycan: Yüksək
- Rus: Yüksək
- İngilis: Yüksək
Kompüter Biliyi:
- MS Office: Orta
Digər Şərtlər:
- İş təcrübəsi: mütləq tələb olunmur, amma olması üstünlükdür
Vakansiya Tarixi:
- 13 Sentyabr 2024
Bitmə Tarixi:
- 13 Oktyabr 2024
Təhsil Səviyyəsi:
- Ali təhsil - bakalavriat
Sahə Üzrə İş Təcrübəsi:
- 0 - 1 il
Müxbir əlaqələr şöbəsinin aparıcı eksperti vakansiyası ilə maraqlananlar CV-lərini Bank of Baku-ya göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 13 oktyabr 2024 il.
What's Your Reaction?