Bank Respublika vakansiya: İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi/aparıcı mütəxəssisi
İnformasiya Təhlükəsizliyi Departamentinin mütəxəssisi (DevSecOps) vakansiyası. Bank Respublika ASC-də informasiya təhlükəsizliyi risklərinin azaldılması üçün mütəxəssis axtarılır. Ali təhsil, 1 illik iş təcrübəsi, DevSecOps yanaşması və şəbəkə texnologiyaları üzrə biliklər tələb olunur. Müraciət üçün son tarix: noyabr 16, 2024.
Təsvir
- İnformasiya təhlükəsizliyi risklərinin azaldılmasına yönəlmiş proseslərin işlənib hazırlanmasında iştirak.
- İnformasiya təhlükəsizliyi baxımından proqramların arxitekturasının təhlili.
- DevSecOps çərçivəsində yeni metodların tətbiqi.
- DevSecOps sahəsində texnologiya, alətlər və iş üsullarının sınaqdan keçirilməsi, seçilməsi və tətbiqi.
- DevOps infrastrukturu üzrə təhlükəsizlik nəzarətlərinin avtomatlaşdırılması.
- Təhlükəsiz proqram təminatının inkişafı tələblərinə uyğunluğun təmin edilməsi (SSDLC).
- SAST, SCA, DAST skan nəticələrinin təhlili.
- CI/CD proseslərinin qurulmasında iştirak (Jenkins, GitLab).
- SSL/TLS sertifikatlarının və SSH açarlarının idarə edilməsi.
Tələblər
- Ali təhsil (aidiyyatı sahə üzrə).
- Müvafiq sahə üzrə minimum 1 illik iş təcrübəsi.
- Azərbaycan dili (əla), Rus və İngilis dili (yaxşı).
- Şəbəkə texnologiyaları və protokolları (UDP, TCP, IP, NTP) üzrə biliklər.
- DevSecOps yanaşması və SSDLC prosesi üzrə dərin biliklər.
- SAST, DAST, SCA alətləri ilə bağlı bilik və təcrübə.
- Mikroservis tətbiqi arxitekturasının prinsiplərini başa düşmək.
- CI/CD pipeline iş prinsipi üzrə biliklər.
- Problemlərin effektiv həll olunması və analitik düşünmə bacarığı.
- İnformasiya təhlükəsizliyi standartları (ISO/IEC 27001, NIST, PCI-DSS və s.) haqqında biliklər.
Vakansiya Haqqında
- Son tarix: noyabr 16, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
What's Your Reaction?