Ram Holding vakansiya: Direktor köməkçisi axtarılır.

Direktor köməkçisi vakansiyası elan edilir. Ali təhsil və oxşar sahədə təcrübəyə malik namizədlər üçün 1200 - 1500 AZN əmək haqqı ilə iş imkanı.

Sep 6, 2024 - 12:14
Sep 6, 2024 - 12:16
 0
Ram Holding vakansiya: Direktor köməkçisi axtarılır.
Ram Holding vakansiya: Direktor köməkçisi axtarılır.

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Oxşar sahədə azı 1 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (Excel və Word);
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qurmaq bacarığı, yüksək səviyyədə rus və ingilis dili biliyi;
  • Operativ və məsuliyyətli.

Vəzifə öhdəlikləri:

  • Əməkdaşlarla baş direktor arasında əlaqələndirici olaraq çıxış edilməsi;
  • Baş direktorun təsdiqi üçün daxil olmuş sənədlərin yoxlanılması;
  • Sənədlərin təsdiqə verilməsi və təsdiqlənmiş sənədlərin əməkdaşlara təqdim olunması;
  • Təsdiqlənmiş sənədlərin skan edilməsi və kataloqlaşdırılması;
  • Ehtiyac olduqda təchizatçıların araşdırılması və nəticənin baş direktora təqdim olunması;
  • Tərcümə və çap işlərinin icrası;
  • Baş direktorun görüşlərinin təşkili, izlənilməsi və ehtiyac olduqda onlayn görüşlərin yaradılması;
  • Əməkdaşların daxili və xarici səfərlərinin planlaması, aviabiletlərin alınması və otelin bron edilməsi;
  • Baş direktorun adından şirkətin korporativ portalında tapşırıqların yaradılması və həmin tapşırıqların icrasına nəzarət edilməsi;
  • Direktorun qonaqlarının qarşılanması və yerləşdirilməsi;
  • İş şəraiti və ümumi vəziyyətlə bağlı direktorun məlumatlandırılması;
  • Görüşlərə hazırlığın aparılması, görüşdə toxunulacaq məsələlərlə bağlı qeydlərin aparılması;
  • Ofisə daxil olan sənədlərin təhvil alınması və ya müvafiq qurumlara çatdırılmalı sənədlərin göndərilməsi;
  • Şirkətin korporativ portalında direktorun göstərişi ilə məlumatların paylaşılması.

İş şərtləri:

  • İş qrafiki: 6 gün;
  • Əmək haqqı: 1200 - 1500 AZN;
  • İş yeri: Yasamal ray, Mirəli Seyidov küç, 28/30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Direktor köməkçisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Son müraciyət tarixi 2 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow