Bank Respublika vakansiya: Məlumat mərkəzi şöbəsinin mütəxəssisi.

Bank Respublika ASC, Məlumat Mərkəzi Şöbəsinin mütəxəssisi vəzifəsi üçün vakansiya elan edir. Ali təhsil və yaxşı dil bilikləri ilə müştəri xidmətləri sahəsində çalışmaq istəyən namizədlər müraciət edə bilərlər.

Nov 14, 2024 - 12:16
Nov 14, 2024 - 12:17
 0
Bank Respublika vakansiya: Məlumat mərkəzi şöbəsinin mütəxəssisi.
Bank Respublika vakansiya: Məlumat mərkəzi şöbəsinin mütəxəssisi.

Vəzifə Öhdəlikləri:

  • Banka daxil olan telefon zənglərini qəbul etmək və onlara ətraflı cavab vermək;
  • Telefon vasitəsilə müştəriləri Bankın cari kampaniyaları, məhsul və xidmətləri haqqında məlumatlandırmaq;
  • İntrabank və digər mənbələrdən gələn məlumatlarla tanış olmaq və müştərilərə doğru informasiya təqdim etmək;
  • Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları barədə daim yeniliklərə yiyələnmək və bu məlumatları müştərilərə düzgün çatdırmaq.

Namizədlərdən Tələb Olunan Şərtlər:

  • Ali təhsil;
  • Aidiyyəti sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yüksək səviyyədə bilmək;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurma bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandanın bir üzvü olmaq və yeni iş mühiti ilə tez uyğunlaşma bacarığı.

İş Şərtləri:

  • Vəzifə növü: Tam ştat
  • İş yeri: 21 Xəqani, Bakı, Azərbaycan
  • Son müraciət tarixi: 27 noyabr 2024

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow