Xalq Bank vakansiya: Xəzinədarlıq İdarəsinin Qiymətli kağızlar ilə iş şöbəsinin mütəxəssisi.

Xalq Bankının Xəzinədarlıq İdarəsinin Qiymətli Kağızlar ilə İş Şöbəsi mütəxəssis axtarır. Ali təhsil, A və B ixtisas şəhadətnamələri, bank işi sahəsində təcrübə tələb olunur.

Sep 16, 2024 - 15:36
Sep 16, 2024 - 15:39
 0
Xalq Bank vakansiya: Xəzinədarlıq İdarəsinin Qiymətli kağızlar ilə iş şöbəsinin mütəxəssisi.
Xalq Bank vakansiya: Xəzinədarlıq İdarəsinin Qiymətli kağızlar ilə iş şöbəsinin mütəxəssisi.

İşin təsviri:

  • Qiymətli kağızlar bazarında əməliyyatların aparılması;
  • Banklararası cəlbetmə/yerləşdirmə və qiymətli kağızlar portfelinin hesabatlılığını təmin etmək;
  • Bağlanılmış bütün əməliyyatlar üzrə rəsmi sənədlərin hazırlanıb əqd bağlanan tərəfə göndərilməsini və bankdaxili digər struktur bölmələrinin çevik məlumatlandırılmasını təmin etmək;
  • Əməkdaşlıq etdiyi yerli və xarici banklarla mütəmadi əlaqələri təmin etmək;
  • Şöbə daxilində digər gündəlik vəzifələr, sənədləşmə və əməliyyatlara nəzarət etmək;
  • Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • İnvestisiya xidmətlərinin həyata keçirilməsinə dair A və B ixtisas şəhadətnamələrinin olması mutləqdir (C arzuolunandır);
  • Səlahiyyətli traderlərə üstünlük veriləcək;
  • Bank işi sahəsində təcrübə arzuolunandır;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Azərbaycan, Rus və İngilis dillərini mükəmməl səviyyədə bilmək;
  • Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri (MS Excel proqramı üzrə mükəmməl biliklər tələb olunur).

Xəzinədarlıq İdarəsinin Qiymətli kağızlar ilə iş şöbəsinin mütəxəssisi vakansiyası ilə maraqlananlar CV-lərini Xalq Banka göndərərək işə qəbul prosesində iştirak edə bilərlər. Son müraciyət tarixi 15 oktyabr 2024 il.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow