Bank Respublika vakansiya: Pərakəndə bankçılıq üzrə mütəxəssis.
Pərakəndə bankçılıq üzrə mütəxəssis axtarılır! Tovuz filialında tam ştat iş imkanı, müştəri xidməti və pərakəndə bank məhsulları üzrə təcrübə. Maliyyə analizi və müştəri məmnuniyyətinə yönəlik iş üçün müraciət edin.
Təsvir:
- Fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək.
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq.
- Bank kartları, təcili pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq.
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək.
- Müştərilərin sərəncamlarını qayda və təlimatlara uyğun icra etmək.
- Bank sənədlərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib etmək və rəsmiləşdirmək.
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi.
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi işin təşkili.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır).
- Minimum 1 il aidiyyatı sahə üzrə iş təcrübəsi arzuolunandır.
- Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır.
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurmaq bacarığı.
- Məlumatları təhlil edərək düzgün qərar vermə bacarığı.
- Yeni bilik və bacarıqları inkişaf etdirmək həvəsi.
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı.
- Məsuliyyətlilik və təşəbbüskarlıq.
Vakansiya haqqında:
- Son tarix: Noyabr 29, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?