Yelobank vakansiya: Kreditlərin monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi.
Yelo Bank ASC, Gəncə filialında kreditlərin monitorinqi şöbəsinə aparıcı/b baş mütəxəssis axtarır. Mikro kreditlər üzrə 2 il iş təcrübəsi olan namizədlər üçün geniş imkanlar təqdim olunur. İndi müraciət edin!
Təsvir
Aparıcı/Baş mütəxəssis olaraq, sizdən gözlənilən əsas vəzifələr bunlardır:
- Cari kreditlər üzrə sənədlərin yoxlanılması və monitorinqi.
- Monitorinq nəticələri ilə bağlı hesabatların hazırlanması.
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat verilməsi.
- Region filiallarına səfər olunması.
Tələblər
Namizəd üçün tələblər:
- Mikro kreditlər üzrə minimum 2 il iş təcrübəsi.
- Ali təhsil (iqtisadi, maliyyə sahəsi üzrə təhsil arzuolunandır).
- Analitik düşünmə və təhlil bacarığı.
- Komandada işləmək bacarığı.
- Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
- Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər.
- Sərbəst Azərbaycan dili biliyi; Rus dili biliyi arzuolunandır.
- MS Office proqramları bilikləri.
Biz Sizə Nə Təklif Edirik
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək və inkişaf etdirmək üçün rahat iş şəraiti.
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar.
- Sığorta proqramına qoşulma imkanı.
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Müraciət Üçün
Vakansiya ilə bağlı müraciət etmək üçün son tarix 19 noyabr 2024-dür.
Elektron poçtunuzun “mövzu” yerinə “Kreditlərin monitorinqi şöbəsinin Aparıcı/Baş mütəxəssisi” qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin. Son müraciyət tarixi 19 noyabr 2024 il.
What's Your Reaction?