Bank Respublika vakansiya: Pərakəndə bankçılıq üzrə mütəxəssis (Masallı filialı).

Bank Respublika ASC, Masallı filialında Pərakəndə Bankçılıq üzrə Mütəxəssis axtarır. Pərakəndə bank məhsulları, müştəri xidməti və kredit müraciətləri ilə bağlı işlərdə iştirak etmək istəyən şəxslər müraciət edə bilərlər.

Oct 22, 2024 - 14:34
Oct 22, 2024 - 14:35
 0
Bank Respublika vakansiya: Pərakəndə bankçılıq üzrə mütəxəssis (Masallı filialı).
Bank Respublika vakansiya: Pərakəndə bankçılıq üzrə mütəxəssis (Masallı filialı).

Vakansiya Elanı

Şirkət: Bank Respublika ASC
Vəzifə: Pərakəndə Bankçılıq üzrə Mütəxəssis
Yer: Masallı filialı
İş Növü: Tam ştat
Son tarix: 1 Dekabr 2024

Vəzifələr:

  • Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun və dəqiq məlumatlar təqdim etmək;
  • Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
  • Bank kartları, təcili pul köçürmələri və digər əməliyyatları həyata keçirmək;
  • Pərakəndə bank məhsullarının çarpaz satışını icra etmək;
  • Qayda və təlimatlara uyğun olaraq müştərilərin sərəncamlarını icra etmək;
  • Bankın sənədlərini qanunvericiliyə uyğun tərtib etmək və rəsmiləşdirmək;
  • Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
  • Yeni müştərilərin cəlb olunması üçün mütəmadi işin təşkili.

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurma bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları inkişaf etdirmək həvəsi.

Müraciyət üçün link.

What's Your Reaction?

like

dislike

love

funny

angry

sad

wow