PMD Projects vakansiya: Maliyyə mütəxəssisi axtarılır.
Maliyyə mütəxəssisi vakansiyası PMD Projects MMC-də. Maliyyə hesabatlarının hazırlanması, audit yoxlamaları, büdcə analizi və daha çox işləri əhatə edir. Maliyyə və mühasibatlıq sahəsində təcrübəsi olan peşəkarlar dəvət olunur.
İşin Təsviri:
- Maliyyə hesabatlarının beynəlxalq standartlara (IFRS) uyğun hazırlanmasında yaxından iştirak etmək.
- Daxili və xarici audit yoxlamaları zamanı proseslərin idarə edilməsində iştirak etmək.
- İllik büdcənin hazırlanmasında müvafiq rol oynamaq.
- Aylıq büdcə fakt analizinin hazırlanmasında yaxından iştirak etmək.
- Aylıq pul vəsaitlərinin axını hesabatının hazırlanmasında iştirak etmək.
- Ay bağlanması prosesində iştirak etmək.
- Əsas vəsaitlərin və mal-material qiymətlilərinin inventarizasiyasında iştirak etmək.
- Rəhbərliyə təqdim edilən aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək.
- Siyasət, proses və prosedurların hazırlanmasında yaxından iştirak etmək.
- Sənədləşmələrin və əməliyyatların şirkətin siyasətinə və mühasibatlıq prinsiplərinə uyğun icra edilməsini təmin etmək.
- Yerli və beynəlxalq standartların tələblərinə riayət edilməsini təmin etmək.
- Şirkətin enerji mənbələrindən səmərəli istifadə olunması üçün rəhbərliyə məlumat təqdim etmək.
- Rəhbərlik tərəfindən tapşırılan digər müvafiq işlərin yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində.
- İş təcrübəsi: Müvafiq sahədə 2-3 il.
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta).
- Kompüter bacarıqları: MS Office, 1C 8.3 mühasibatlıq sistemində işləmə bacarığı.
- Peşəkar ünsiyyət bacarığı.
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti.
- Maliyyə və Mühasibatlıq sahəsində beynəlxalq sertifikatlar üstünlük təşkil edir.
Vakansiya Haqqında:
- Son tarix: Noyabr 20, 2024
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Tikinti və Daşınmaz əmlak
What's Your Reaction?