Bank Respublika vakansiya: Pərakəndə bankçılıq üzrə mütəxəssis (Tovuz filialı).
Pərakəndə bankçılıq üzrə mütəxəssis vakansiyası. Bank Respublika ASC Tovuz filialında çalışmaq imkanı. Əlavə məlumatlar, tələblər və müraciət üçün vakansiyaya baxın.
Təsvir: Pərakəndə bankçılıq üzrə mütəxəssis aşağıdakı vəzifələri yerinə yetirəcək:
- Fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dəqiq məlumatlar təqdim etmək;
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
- Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq müştərilərin sərəncamlarını icra etmək;
- Bankın sənədlərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tərtib etmək;
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi;
- Yeni müştərilərin cəlb olunması istiqamətində işin təşkili.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə arzuolunandır);
- Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla ünsiyyət qurma bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları inkişaf etdirmək həvəsi;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məsuliyyətlilik və təşəbbüskarlıq.
Son tarix: Oktyabr 28, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?