Bank Respublika vakansiya: Pərakəndə bankçılıq üzrə mütəxəssis/aparıcı mütəxəssis.
Pərakəndə bankçılıq üzrə mütəxəssis axtarılır! Bank Respublika ASC-də müştərilərə bank məhsulları ilə bağlı xidmət göstərmək, yeni müştəriləri cəlb etmək və pərakəndə məhsulları satmaq üçün mütəxəssis olun. Müraciət etməyi unutmayın!
Təsvir: Pərakəndə bankçılıq üzrə mütəxəssis, aşağıdakı vəzifələri yerinə yetirəcək:
- Bankın fiziki şəxs müştərilərinə pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyələr vermək və xidmət göstərmək.
- Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq.
- Bank kartları, təcili pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq.
- Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək.
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək.
- Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
- Kredit müraciətlərinin qəbulu, analizi, sənədləşdirilməsi və rəsmiləşdirilməsi.
- Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır).
- Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır.
- Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır.
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı.
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı.
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı.
- Məsuliyyətlilik və təşəbbüskarlıq.
Son müraciət tarixi: Noyabr 29, 2024
Vakansiya növü: Tam ştat
Kateqoriya: Maliyyə, Biznes və İdarəetmə
What's Your Reaction?