Baku Steel Company vakansiya: Baş maliyyə mütəxəssisi.
Baku Steel Company-də Baş maliyyə mütəxəssisi vakansiyası! Maliyyə analizi və hesabatları sahəsində peşəkarlarla işləmək şansı. Müraciət etmək üçün son tarix 29 noyabr 2024-dür. İş imkanlarını dəyərləndirin!
Vakansiya Elanı
Vəzifə: Baş maliyyə mütəxəssisi
Şirkət: Baku Steel Company
Məkan: Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
Vəzifə Növü: Tam ştat
Son tarix: Noyabr 29, 2024
Vəzifələrin Təsviri:
- Şirkətin maliyyə hesabatlarının tərtib edilməsi və maliyyə göstəricilərinin hesablanması üçün lazım olan məlumatların toplanması və analizi.
- Maliyyə analizi məlumatlarının dəqiqliyinin təmin edilməsi, normativ və büdcə göstəricilərindən ayrılmaların izahı.
- Şirkətin prоqnоz göstəricilərinin analizi əsasında biznеs planının tərtibi.
- Şirkətin faktiki gəlirlərinin yoxlanılması və əsas kənar çıxmaların səbəblərinin müəyyənləşdirilməsi.
- Fəaliyyət xərclərinin analizi və xərclərin azaldılması yollarının araşdırılması.
- Satınalma risklərinə nəzarət və optimallaşdırılması.
- Maliyyə hesabatlarının (P&L, BS, PHH) hazırlanmasında iştirak.
- Büdcə və faktiki xərclərin müqayisəsi.
- Tələb olunan idarəetmə hesabatlarının hazırlanması.
- İllik büdcənin hazırlanmasında iştirak.
- Mühasibat uçotu üzrə əməliyyatların yoxlanılması və düzgün tanınmasına nəzarət.
- Maliyyə-təsərrüfat əməliyyatlarının təhlili.
Tələblər:
- Ali təhsil (Mühasibat uçotu, maliyyə, iqtisadiyyat).
- Baş/aparıcı maliyyə mütəxəssisi vəzifəsində ən azı 3 illik iş təcrübəsi.
- Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzu olunandır.
- MS Excel proqramı ilə yüksək səviyyədə işləmək bacarığı.
- Yüksək analitik təhlil qabiliyyəti.
- Maliyyə şərtlərini analiz etmək qabiliyyəti, problemləri həll etmək bacarığı.
- Yüksək kommunikasiya, nəticəyönümlülük və təqdimat bacarıqları.
What's Your Reaction?